“Mövsümün sonunda müqaviləsi başa çatan futbolçuların komanada qalmasında maraqlıyıq. Onlarla ilkin söhbətimiz olub. Hansı şərtlərlə klubda qalmaq istədiklərini bilirik”.
Bu fikirləri Qol.Az saytının müxbiri ilə söhbətində “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisinin sözlərinə görə, bu mövsümün sonu “Qarabağ”ın yeddi aparıcı futbolçu ilə müqaviləsi başa çatır. Bunlar Maksim Medvedyev, Əfran İsmayılov, Fərhad Vəliyev, İlqar Qurbanov, Vüqar Nadirov, Admir Teli və Ansi Aqollidir.
Ə.Çəlikəl qeyd edib ki, adları çəkilən futbolçular bundan sonra da karyeralarını “Qarabağ”da davam etdirmək istəyirlər: “Biz də onların bu fikrini müsbət qarşılayırıq. Uzun müddətdir ki, bu futbolçular bir yerdə oynayır, bir-birini yaxşı başa düşür. Hələ ki, onlara heç bir klubdan təklif gəlməyib. Biz bu gün əsas fikrimizi sabah ölkə kubokunun yarımfinalında “Neftçi” ilə oyuna yönəltmişik. Qarşıdakı oyunlardan sonra bu məsələlərə baxacağıq”.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü