Anar Nəzirov: "Gələn təklifi dəyərləndirib qərar verəcəm"

Anar Nəzirov: "Gələn təklifi dəyərləndirib qərar verəcəm"
ÖLKƏ FUTBOLU 16 Aprel 2013 / 00:01 3027
-  A +

“Komandamıza yeni məşqçi gəlib. Əsasən topla oyuna üstünlük verir. Öz oyun fəlsəfəsini bizə başa salmağa çalışır. Çalışır ki, komandanı çətin vəziyyətdən çıxarsın. İki oyundur ki, öz meydanımızda oynayırıq. Komandamız pis təsir bağışlamır. Hər iki oyunda qalib gəlməyə yaxın olsaq da, sonda qapımızdan qol buraxmışıq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qəbələ”nin qapıçısı Anar Nəzirov komandasının son durumu haqqında danışarkən deyib.

Son vaxtlar əsas heyətə düşə bilməməsinə də münasibət bildirən qapıçı qeyd edib: “İki oyundur meydana çıxmıram. Yeni məşqçi Kosta Silvaya etimad göstərir. O, məndən təcrübəlidir. Bəlkə də buna görə məşqçi ona şans verir. Ramiz müəllim isə mənə etimad göstərirdi. İnanıram ki, yaxın vaxtlarda əsas heyətə qayıdacam. Komandamız hazırda elə vəziyyətdədir ki, kimin oynamasının fərqi yoxdur. Əsas komandamızın uğurlu çıxışı bizi maraqlandırır”.

May ayında “Qəbələ” ilə müqaviləsi başa çatacaq futbolçu başqa klubdan təklif aldığını bildirib: “Hazırda fikrimi oyunlara yönəltmişəm. Komandada yenidən özümü doğrultmağa çalışıram. Əlimdən gələni “Qəbələ” üçün edəndən sonra hansısa kluba keçmək haqqında düçünmək olar. Adını çəkmək istəmirəm, yerli klublardan biri mənə təklif göndərib. Tez-tez klub dəyişdirmək də istəmirəm. Əsas da qapıçı üçün bu yaxşı deyil. Davamlı oynayanda daha yaxşı inkişaf etmək olur. Amma futbolda hər şey olur. Gələn təklifi dəyərləndirib bir qərar verəcəm”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi