“Bakı” klubunun kapitanı Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
-Topaz Premyer Liqanın 26-cı turunda səfərdə “Qəbələ”nin qonağı oldunuz. Qarşılaşma barədə nə deyə bilərsən?
- “Qəbələ” son vaxtlar yaxşı günlərini yaşamasa da, bilirdik ki, bizi çətin oyun gözləyir. Çünki rəqibin avrokuboklara getmək üçün son şanslarından idi. Oyuna yaxşı başlamışdıq. Ancaq birinci hissədə “Qəbələ” bizdən üstün oynadı və qol vurdu. Son dəqiqələrdə hesabı bərabərləşdirə bildik. Ancaq biz dördüncü pilləyə qalxmaq üçün qalib gəlməliydik.
- Əvvəlki oyunda “İnter”ə məğlub oldunuz. Bu oyunda da komandanız yaxşı təsir bağışlamadı.
- Düzdür. Qış fasiləsindən sonra yaxşı başlamışdıq. “İnter”lə matça qədər 11 oyun ardıcıl uduzmamışdıq. “Qəbələ”dən bir xal götürmək də pis nəticə deyil. Bizim üçün əsas kubokdur. Həmçinin dördüncü yerə çıxmaq istəyirik.
- Penalti epizodu haqda nə deyə bilərsən? Rəqib komanda bildirib ki, hakimin bu qərarı şübhəli idi.
- Həmin epizodda ötürməni Raufa mən vermişdim. Arxadan hər şeyi görürdüm. Rəqib futbolçu az da olsa Raufu dartırdı. Penaltinin olmasını dəqiq deyə bilmərəm. Ancaq qaydlarda var ki, cərimə meydançasında rəqibin köynəyindən çəkəndə penalti verilməlidir. Anar Salmanov təcrübəli hakimlərimizdəndir. Belə epizodlarda səhv etməz. Həmin vaxt o, epizoda yaxın idi. Rəqibin etiraz etməsi normaldır. Bizim qapımıza da penalti təyin olunanda etiraz etmişik. Futbolda belə hallar çox baş verir və daim olacaq.
- Hansı komanda bu il çempionluğa layiq oyun nümayiş etdirir?
- “Qarabağ”ı qeyd edə bilərəm. Son vaxtlar bu komanda daha yaxşı oyun göstərir. “Neftçi” və “İnter”də baxımlı oynayır. “İnter” həmişə ikinci dövrədə daha yaxşı təsir bağışlayır. Bu il isə oyunları stabil deyil. Amma deyə bilərəm ki, bu üç komanda çempionluğa namizəddir. İstəyirəm ki, kim layiqdirsə, o da çempion olsun.
- “Qarabağ”dan danışdın, növbəti turda keçmiş komandanla qarşılaşacaqsınız. Çətin oyun olacağını indidən düşünürsünüz?
- Təbii ki, “altılıq” oyunları hamısı çətin olur. “Qarabağ”la oynamaq xüsusilə ağırdır. Ancaq bizim məqsədimiz ən azı dördüncü pilləyə qalxmaqdır. Kubokun finalına çıxa bilsək, çempionatda dördüncü yeri tutmaqla avrokuboklara vəsiqə qazanmış olarıq.
- Son iki oyununuza baxanda hiss olunur ki, komandanız böyük qüvvəsini “Xəzər Lənkəran”la kubok oyununa saxlayır.
- Axırıncı nəticələrimiz sırf “Xəzər Lənkəran”la oyuna görə deyil. Bizim yetərincə ehtiyat qüvvəmiz var. Amma onu da deyim ki, Avropada çıxış etmək üçün ən qısa yol kubokdur. Bizim üçün əsas kuboku qazanmaqdır. "Xəzər Lənkəran” bizdən də çox kubok oyununa önəm verir. Çünki onların başqa şansı da yoxdur. Bütün güclərini bizimlə oyuna saxlayıblar. Bizim üçün daha çətin oyun olacaq.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi