“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Qol.Az saytının suallarını cavablandırıb
- Bir müddətdir ki, zədə səbəbindən oyunlarda iştirak edə bilmirdin. “Simurq”la görüşdə isə start heyətdə yer aldın. Öz oyundan razı qaldın?
- “Simurq”la görüşdə oyun təcrübəmin azlığı sözünü dedi. Ancaq bütün bunlara baxmayaraq, əlimdən gələni etdim.
- “Simurq”a minimal hesabla qalib gəldiniz. Bu oyunla bağlı fikirlərini bilmək istərdim.
- Oyun çətin oldu. Onlar öz evində həmişə başqa futbol oynayırlar. Amma yenə də biz Zaqatalaya üç xal qazanmaq üçün getmişdik və buna da nail olduq.
- Əsas rəqiblərinizdən “Qarabağ”la “İnter”in oyununda Ağdam təmsilçisi qalib gələrək sizə bir addım da yaxınlaşdı.Sizcə növbəti oyunlarda birinci pillədə hər hansı dəyişilklik gözləmək olar?
- Hər şey ola bilər. Ona görə də, biz qarşıdakı oyunların hamısında qələbə qazanmalıyıq. Çünki çempinoluğa doğru gedirik. Inşallah, istədiyimizə də nail olacağıq.
- Ancaq “Qarabağ” artıq ikinci pillədədir. Üstəlik də onlarla son oyunda məğlub olmusuz. Qorxmursuz ki, növbəti görüşlərdə liderliyi sizin əlinizdən alarlar?
- Biz heç kəsdən qorxmuruq və yalnız öz oyunumuza baxırıq. “Qarabağ”, “İnter” və başqa klublarla oynasaq, üç xalımızı qazanacağıq.
-Baş məşqçiniz Böyükağa Hacıyevə on oyunluq cəza veriliməsi oyununuza mane olmur ki?
-İstər-istəməz baş məşqçimizin olmaması bizə psixoloji cəhətdən təsir edir. Ancaq məqsədimiz dəyişməyib. Buna görə də oyunda bütün olanları unuduruq.
-Komandada hər hansı itkilər varmı?
-Xeyr. Hazırda heç bir zədəli futbolçumuz yoxdur.
- Qarşıda “Qarabağ”la kubok oyunları var.Yəqin ki, bu oyunlarda daha istəkli olacaqsız. Komanda da bir qisas almaq hiss varmı?
-Qisas almaq da deməzdim. Çünki qabaqda hələ üç oyunumuz var. Bu oyunlarda qalib gələrək hər kəsə göstərəcəyik ki, kim güclüdür.
- İlk oyunu evdə oynayaqsız, buna görə də qələbəyə oynayacağınız məlumdur. Bəs konkret hansı hesabla səfər oyununa getmək fikrindəsiniz?
- Ancaq və ancaq qələbəyə oynayacağıq. Bacardığımız qədər yaxşı hesabla oyunu başa vurmaq istəyirik.
- Heç-heçə necə, sizi qane edəcək?
- Xeyr. Tək hədəfimiz qalib gəlməkdir.
Aysel BƏXTİYARLI
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi