“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın 26-cı turunda “İnter”ə 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra Qol.Az saytının suallarını cavablandırıb
- Çətin keçən “İnter”lə oyun haqda nə söyləyə bilərsən?
- Doğrudanda çətin və maraqlı, bolqollu qarşlaşma oldu. Doxsan dəqiqə hücumda oynayıb qələbə qazandıq.
- İkinci qoldan sonra komandanız bir qədər arxadan oynamağa başladı. Dörd dəqiqəyə iki qol buraxmağınızın səbəbi bu ola bilər?
- Bəli. Hesab 2:0 olanda bir qədər rahatlaşdıq, arxaya çəkildik. Rəqib də bundan istifadə edib hesabı bərabərləşdirdi. Bu oyun bir daha göstərdi ki, heç vaxt arxayınlaşmaq olmaz.
- Qələbəni kimə həsr edirsinz?
- Baş məşqçimiz Qurban Qurbanovun ad günü olduğu üçün bu qələbəni ona həsr edirik. Oyundan qabaq bütün futbolçular fikirləşirdi ki, mütləq qalib gəlib Qurban müəllimi sevindirməliyik. Təkcə bu oyunda yox, bütün oyunlarda qalib gəlib baş məşqçimizi sevindirməyə çalışırıq. Çox sevinirik ki, qələbə qazandıq.
- “Neftçi” ilə oyun rahar oldu, yoxsa “İnter”lə?
- “Neftçi” ilə rahat oldu. “İnter”lə daha çətin alınır oyunumuz. Həmişə bu komanda ilə ya heç-heçə edirik, ya da minimal hesabla qalib gəlirik. “İnter”lə oyunda çox nadir hallarda hansısa komanda üç qol vurur. “Neftçi” ilə oyunda da ikinci hissə bir qədər çətin oldu. Top saxlamağa məcbur olduq.
- İkinci hissə başlayan kimi qol vurdun. Bu, baş məşqçiniz tapşırıq vermişdi ki, ikinci qolu tezləşdirmək lazımdır?
- Bəli. Baş məşqçi dedi ki, çəkinmək lazım deyil. Hesab sürüşkəndir, irəli atılıb tez bir zamanda ikinci qolu vurmaq lazımdır.
- Oparanın oyunu haqda nə deyə bilrsən? Komandaya uyğunlaşıb?
- Əvvəl gələndə formasından bir qədər uzaq idi. İndisə hər oyunda irəliləyiş görürük. Top saxlamağı bizə çox kömək edir.
- Aprelin 17-də “Neftçi” ilə kubok oyununuz var. Ardıcıl dördüncü dəfə “Neftçi”yə qalib gələ bilərsiniz?
- Artıq “İnter”lə oyunu unutduq. Bütün fikirlərimizi “Neftçi” ilə görüşə yönəldəcəyik. Necə ki, digər oyunlarda qalib gəlmişik, qarşıdakı oyunda da “Neftçi”yə qalib gələ bilərik. Hazırda komandamız çox yaxşı formadadır. İstənilən rəqibi məğlub etməyə hazırıq. Bunu futbolçularımıza güvəndiyim üçün deyirəm.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi