Tərlan Əhmədov: "Neftçi" sübut etdi ki, qələbəyə layiqdir"

Tərlan Əhmədov: "Neftçi" sübut etdi ki, qələbəyə layiqdir"
ÖLKƏ FUTBOLU 13 Aprel 2013 / 20:39 3282
-  A +

“Oyunun çətin olacağını bilirdik. “Qarabağ”la oyundan sonra komandada psixoloji gərginlik hiss olunurdu".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin məşqçisi Tərlan Əhmədov "Simurq"la oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Gənc mütxəssis komanasından razı qalıb: “Neftçi” sübut etdi ki, qələbəyə layiqdir. Əsas heyətin üç futbolçusu bu gün meydanda olmasa da, komandada rəqabətin olduğunu gördük”.

Qeyd edək ki, baş məşqçi Böyükağa Hacıyev AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzaldırıldığı üçün komandanı meydana köməkçi məşqçi Tərlan Əhmədov çıxardıb.

Daha çox


Son xəbərlər