"Qələbə qazansaq, çempionluğa böyük addım olacaq"

"Qələbə qazansaq, çempionluğa böyük addım olacaq"
ÖLKƏ FUTBOLU 13 Aprel 2013 / 16:30 2614
-  A +

“İki oyundur ki, ardıcıl qalib gəlirik. Bu matçda da qələbə qazansaq, çempionluğa böyük bir addım olacaq, ikinci yerdə möhkəmlənəcəyik”.

Bu sözləri Qol.Az sayıtna açıqlamasında “Qarabağ”ın müdafiəçisi Namiq Yusifov Topaz Premyer Liqanın 26-cı turunda bu gün “İnter”lə qarşılaşacaqları oyun haqqında danışarkən deyib.

Təcrübəli futbolçu rəqibi də qiymətləndirib: “İnter”lə bütün oyunlar çətin olur. Son oyunlar yaxşı təsir bağışlamasada, Azərbaycanda ən yaxşı komandalardandır. “Neftçi”yə qarşı oynamaq rahatdır, nəinki “İnter”lə. “Neftçi” özü də oynayır, rəqibə də imkan verir. “İnter” isə rəqibə imkan vermir ki, oyununu göstərə bilsin. Buna baxmayaraq fikrimiz qalib gəlməkdir”.  

Daha çox


Son xəbərlər