"Flavinyosuz "Neftçi"yə çətin olacaq"

"Flavinyosuz "Neftçi"yə çətin olacaq"
ÖLKƏ FUTBOLU 11 Aprel 2013 / 17:56 3555
-  A +

“Çox çətin oyun olacaq. Bu komanda bizim üçün  çətin rəqiblərdəndir. Bizim komandamızda da bəzi itkilər var.  Buna baxmayaraq çalışacağıq ki, üç xalı qazanaq”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Simurq”un hücumçusu Murad Səttarlı Topaz Premyer Liqanın 26-cı turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Rəqibdə olan itkilərdən danışan gənc hücumçu bunun “Neftçi”nin işini çətinləşdirəcəyini deyib. “Flavinyosuz “Neftçi”yə çətin olacaq. Bu futbolçu komandanın aparıcı fiqurudur. Mitreski də müdafiənin dayağıdır. Bu baxımdan “Neftçi”yə bu dəfə qalib gəlmək şanslarımız daha çoxdur. Həm də biz bu oyuna çox ciddi hazırlaşmışıq. Bu mövsüm “Neftçi”yə qalib gələ bilməmişik. Həmçinin bizi kubokdan məhz  bu komanda uzaqlaşdırıb. Bunların əvəzini çıxmaq üçün əlimizdən gələni edəciyik”.

Avrokuboklara vəsiqə qazanmaq istdiklərini deyən M. Səttarlı hələ şanslarının olduğunu qeyd edib: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün şanslarımız var. Həm bu oyunda, həm də “İnter”lə oyunda qalib gəlsək, işimiz daha asan olacaq. Bu məqsədimizə çatmaq üçün hər oyunda sona qədər vuruşacağıq”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi