“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin Qol.Az saytına müsahibəsi
- Bundan əvvəlki oyunları zədə səbəbindən buraxmışdın. İndi durumun nə yerdədir, zədən sağalır?
- Bəli. İnşallah, “Simurq”la oyunda iştirak edə bilərəm. Tam sağalmışam, baş məşqçimiz şans versə, meydanda olacağam.
- Son turda komandanız “Qarabağ”a məğlub oldu. Bu oyun haqda sənin də fikirlərini bilmək istərdik.
- Sonacan mübarizə apardıq. Əlimizdən gələni etdik. Şanslarımızdan istifadə olunmadı. Əsas da hakimin “Qarabağ”ın tərəfini tutması bizə çox pis təsir etdi. Komandamız ruhdan düşdü. Hakimin belə etməyi yaxşı olmadı. Görürük ki, hamı – bütün klublar, hakimlər “Neftçi”ni sıxır. Buna baxmayaraq, öz oyunumuzu oynadıq. Qarşımızı heç kim kəsə bilməz. Şanslarımızdan istifadə edə bilsəydik, 10 nəfərlə də “Qarabağ”a qalib gələ bilərdik.
- Məğlubiyyətin səbəbini hakimdə görürsünüz, yoxsa “Qarabağ”ın yaxşı oynamasında?
- “Qarabağ” çox yaxşı oynadı. Futbolçuların əziyyətin yerə vurmaq olmaz. Bu komanda həmişə baxımlı oyun nümayiş etdirib. Amma hakimin böyük rolu oldu. Mitreskinin oyundan qovulması işimizi daha da çətinləşdirdi. Ancaq o, Reynaldonu yıxmaqla düzgün etdi. Çünki başqa yolu da yox idi. Buraxa bilməzdi ki, getsin qol vursun. Komandamızın Mitreskiyə buna görə heç bir sözü ola bilməz. Yenə deyirəm, hakim bir çox epizodda tərsinə qərarlar verirdi.
- Qıraqdan necə görünürdü oyun?
- Komandama kömək edə bilmədiyim üçün ürəyim partlayırdı. Daha çox da hakimə əsəbləşmişdim. Fikirləşidim ki, hakim bizə qarşı niyə belə edir. Biz ki, xalqın komandasıyıq.
- “Simurq”la oyununuz da asan olmayacaq. Rəqibi kubokdan kənarlaşdırmısınız. Üstəlik sizə bu mövsüm qalib gələ bilməyiblər. Bunların əvəzini çıxmağa çalışacaqlar.
- Həqiqətə də bizi çox çətin oyun gözləyir. Flavinyo, Araz Abdullayev, İqor Mitreski komandamıza kömək edə bilməyəcək. Buna baxmayaraq, Zaqatalaya ancaq qələbə dalınca gedirik. Başqa nəticə haqda düşünmürük.
- Baş məşqçiniz Böyükağa Hacıyev AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb. “Simurq”la oyunda komandanı meydana çıxarda bilməyəcək. Bundan əvvəl də baş məqçisiz oyununuz olub. Belə vəziyyət komandaya nə dərəcədə təsir edir?
- Bu qərar tək bizə yox, hamıya təəccüblü gəldi. Həddindən artıq sərt qərar oldu. İstər-istəməz baş məşqçinin olmaması ən azından futbolçulara psixoloji təsir edir. Amma bu, bizim oyuna təsir etməyəcək. Komandanın başında kim olur-olsun, hər matça qələbə üçün çıxırıq. İnşallah, qələbə qazanacağıq.
- Demək olarmı artıq “Neftçi”nin çempion olmağı elə də asan görünmür?
- Əgər öz oyunumuza fikir versək, 4-5 oyun qalib gəlsək, mayı gözləməyə ehtiyac olmayacaq, apreldə çempion olacağıq. Demək istəyirəm ki, əsas öz oyunumuzda qalib gəlməyi fikirləşməliyik. “İnter” və ya “Qarabağ”ın xal itirməyini gözləməməliyik.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi