“Həqiqətən də bu oyun ətrafında həddindən artıq söz-söhbət getdi. Haç kim inanmazdı ki, məsələ bu dərəcəyə çatar. Bir tərəfdən də bu təbiidir. Çünki derbi oyunlarında belə şeylər olur. Oyuna maraq böyük idi. Azarkeşlər çox idi. Əvvəlcədən də bilinirdi ki, gərgin oyun keçəcək. Amma bu oyundakı hadisələri bu qədər şişirtmək lazım deyildi”.
Qol.Az saytının müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqanın 25-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyun (2:1) haqqında danışarkən deyib.
“Bu, son dövrlərdə ən yaxşı oyunumuz idi. Bilirdik ki, itiriləsi bir şey yoxdur. Uduzsaydıq, “Neftçi” ilə doqquz xal fərqimiz olacaqdı. Ona görə də oyuna daha ciddi hazırlaşmışdıq. Sevinirik ki, çoxlu söhbətlərə baxmayaraq, sonda güclü tərəf qalib gəldi” - deyə o qeyd edib.
Rəqib komandanın baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransında “Bu oyunla “Qarabağ”a təbrik düşmür” deməsinə münasibət bildirən futbolçu bu sözü ciddi qəbul etmədiklərini bildirib: “Böyükağa müəllim həmişə maraqlı fikirləri ilə yadda qalıb. O sözləri deyəndə hirsli olub. Bu dəqiqə onunla danışsaq, bizi təbrik edər. Hakimə etirazı hamı edə bilər. Amma komandanın hörmətin saxlamaq lazımdır. Böyükağa müəllim təcrübəli baş məşqçi kimi fikirləşməli idi ki, “Neftçi” ilə “Qarabağ”ın həmişə bir-birinə hörməti olub. Yenə deyirəm, hirsli başla insan nə dediyini bilmir. İnanıram ki, hirsi soyuyandan sonra fikirləşib ki, “Qarabağ” layiqli qələbə qazandı”.
Ə. İsmayılov “Neftçi”nin hakimə etiraz etməsi haqda da danışıb: “Komanda uduzanda hakimə etiraz edənlər çox olur. Əgər hakimin səhvi varsa, haqqını tələb etməlisən. Amma etirazlar da yerində olmalıdır. Rəhim Həsənov hər iki komandanın leyhinə və əleyhinə qərarlar verdi. Razıyam ki, xırda səhvləri oldu. Amma çətin oyun olmasına baxmayaraq, matçı yaxşı idarə etdi. Mənim Flavinyoya qarşı kobudluq etməyimə gəlincə, həmin vaxt meydanın mərkəzində mübarizə gedirdi. Razıyam ki, kobud oynamışdım. Amma adi oyun epizodu idi. Hansısa hücumun qarşısını almırdım. Belə yerdə hakim oyunçuya sarı vərəqə verməli deyil”.
Növbəti turda “İnter”lə qarşılaşacaqları oyun haqda da danışan Ə. İsmayılov əlavə deib: “Altılıq” sistemi elədir ki, hər oyun gərgin keçir. “Neftçi”ni udduqsa, demək olmaz ki, çempionluğa yaxınlaşdıq. Qarşıda “İnter”lə oyun var. Bu komandaya uduzsaq, “Neftçi” üzərində qələbənin əhəmiyyəti azalacaq, əziyyətimiz hədər gedəcək. Ona görə də “İnter”kimi çətin rəqibi də məğlub etməliyik. Çempionluğa oynadığmız üçün artıq hər oyunda ancaq qələbə haqda düşünməliyik. Heç-heçəni yaddan çıxarmalıyıq. Bilirik ki, “İnter”lə bizi asan oyun gözləmir. Bu komandaya çətin qalib gəlirik. Çox vaxt heç-heçə etmişik. Çox güclü baş məşçiləri var. Hər komandaya qarşı bir sistem çıxarır və maraqlı oyun göstərirlər. Buna baxmayaraq, üç xal qazanıb ikinci yeri təmin etmək fikrimiz var. Bu matça“Neftçi” ilə oyuna çıxdığımız güclə çıxacağıq. Arxayınlaşa bilmərik. Vaqif Cavadovla Branimir Subaşiç də artıq zədəsini sağaldıb. Məşqlərdə iştirak edirlər. Komandaya kömək etməyə hazırdılar. “İnter”lə oyunda meydana çıxmaları baş məşqçimiz qərarından asılıdır. “Qarabağ” elə komandadır ki, kiminsə yoxluğu oyunumuza ciddi təsir etmir. Artıq komandamız komplektləşib. İtkilərimiz yoxdur. Həvəslə “İnter”lə oyunu gözləyirik”.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi