“Bu qərar ictimaiyyətdə də şok effekti yaradıb. Bəziləri fikirləşirdilər ki, “Neftçi”yə hansısa qurumdan dəstək var. Amma bütün bu qərarlar onu göstərir ki, “Neftçi” öz yolunu çox çətinliklə də olsa davam etdirir. Biz bu qərarlarla razılaşa bilmərik və klub olaraq haqqımızı tələb edəcəyik”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov AFFA İntizam Komitəsinin komandanın baş məşqçisi Böyükağa Hacıyevə 10, məşqçi Bəxtiyar Musayevin 5 oyunluq cəzaya məruz qalmasına, kluba maddi sanksiya tətbiq olunmasına münasibət bildirərkən deyib.
Klub rəsmi məsələ ilə bağlı AFFA-ın apelyasiya komitəsinə müraciət etdiklərini bildirib: “İstəyimiz budur ki, sabah bu məsələyə yenidən baxılsın və haqlı qərarlar qəbul olunsun. Təbii ki, bu qərarların bəziləri ilə razılaşmırıq. Hüququmuzu sona qədər müdafiə edəcəyik. Buna heç kimin şübhəsi olmasın. Aprelin 12-də “Simurq”la oyun üçün səfərə çıxacağıq. Ona görə də apelyasiya komitəsindən xaiş etmişik ki, məsələyə sabah baxsın. İstəyimiz odur ki, bu komitənin toplantısı sırf “Neftçi” ilə bağlı olsun, geniş tərkibdə keçirilsin”.
“Neftçi”nin vitse-prezidenti iclasda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, “Neftçi” – “Qarabağ” oyununu idarə edən hakimlər briqadasının da iştirakını istəyir. T.Süleymanovun sözlərinə görə, baş məşqçi Böyükağa Hacıyev və məşqçi Bəxtiyar Musayev iclasda iştirak edəcək: “Biz aydınlaşdırmaq istəyirik ki, Araz Abdullayevə hansı vəziyyətdə sarı vərəqə göstərilib, Əfran İsmayılova hansı epizodda ikinci sarı vərəqə göstərilməyib? Biz haqqın tərəfdarıyıq. Necə ki, Mitreskiyə qırmızı vərəqə verilir, eləcə də “Qarabağ”ın cəzalandırılmalı oyunçuları var idi. “Neftçi”yə qarşı bu şok qərarlar nəyə xidmət edir, bunu araşdırmaq lazımdır. Konkret hansısa cəza barəsində danışmıram. Bəzi qərarlar var ki, razılaşmaya bilmərik. Mitreski düzgün cəzalandırılıb və haqlı olaraq pul cəriməsi verilib. Amma bir çox qərarvar ki, müzakirəyə çıxarılmayıb, üstündən keçilib. Bir neçə qərar haqsız verilib. Belə qərarlar futbolun inkişafını ləngidir”.
T.Süleymanov bildirib ki, bəzi qüvvələr “Neftçi”nin ötən mövsüm Avroliqanın qrup mərhələsinə çıxmağını həzm edə bilmirlər: “Bəlkə bu il ÇL-in qrupuna düşə bilərik. Ola bilər ki, bunun qarşısını almaq istəyirlər. Bu məsələlərin hamısına aydınlıq gətirəcəyik”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi