AFFA İntizam Komitəsi “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevə sərt cəza tətbiq edib. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, komitənin bu gün keçirilən iclasında Topaz Premyer Liqanın XXV turunun “Neftçi” – “Qarabağ” matçında hadisələrə baxılıb.
Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
Oyunun 21, 25-ci dəqiqələrində “Qarabağ” klubu, 16, 42 və 72-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr, fişənglərin istifadəsinə və meydançaya atılmasına görə hər iki klub 2000 manat cərimə olunub.
Oyunun 44-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu İqor Mitreski sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun fasiləsi zamanı “Neftçi” klubunun məşqçisi Bəxtiyar Musayev meydançada hakimlərə qarşı aqressiv jestlərə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Mətbuat konfransında “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev AFFA və PFL əməkdaşları haqqında qeyri-etik ifadələr işlətdiyinə görə 10 oyunluq cəzalanıb, klub 20 min manat cərimə olunub.
Matç zamanı və matçdan sonra stadionda təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi “Neftçi” klubu 5000 manat cərimə olunub.
Hər iki klubun azarkeşləri tərəfindən stadionun oturacaqları sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq klublara təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.
İntizam Komitəsi hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılmasını və İntizam Komitəsinə məlumat verməyi tapşırıb.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi