“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Topaz Premyer Liqanın 25-ci turunda “Bakı”ya 2:1 hesabı ilə qalib gəldiyiniz oyundan başlayaq. Oyun necə alındı?
- Qələbə bizə çox lazım idi. Liderlə xal fərqimizin artmaması üçün mütləq qalib gəlməliydik. Xal itirsəydik, “Qarabağ” da bizi keçə bilərdi. Ona görə çox ciddi hazırlaşmışdıq. Oyunumuzda da bu hiss olunurdu. Məncə, layiqli qələbə qazandıq.
- “Bakı” son oyunlarla müqayisədə zəif təsir bağışladı.
- Bəlkə biz güclü oynamışıq, ona görə elə görsənib.
- Oyunda baxımlı qola imza atdın. Gözləyirdin belə qol vuracağını?
- Gözləyirdim. Belə qəşəng alınması da lap yaxşı oldu. Mən həmişə hücumameyilli olmuşam. Komandama vacib qollar vurmağa çalışıram. Bu oyunda da buna cəhd etdim və alındı.
- Çempionluq yolunda əsas rəqibləriniz “Neftçi” və “Qarabağ” üz-üzə gəldi. Oyunun nəticəsi sizin üçün də çox maraqlı idi. Bu haqda nə deyə bilərsən?
- Oyuna baxa bilməmişəm. Ona görə də bu haqda nəsə deyə bilmərəm. Eşitdiyimə görə mübahisəli penalti epizodu olub. Biz əsas öz oyunumuza fikir veririk. Hansısa komandanın xal itirməyinə ümid etməklə çempion olmaq mümkün deyil.
- Hər halda “Neftçi”nin xal itirməsi sizin işinizə yaradı.
- Təbii ki, bu nəticə bizi “Neftçi”yə daha da yaxınlaşdırdı. Ancaq “Qarabağ” da artıq bizə “Neftçi” qədər təhlükəli rəqibdir. Biz “Bakı”ya məğlub olsaydıq, “Qarabağ” bizi keçəcəkdi. Ona görə də əsas öz qələbələrimizi sıralamalıyıq. Yenə deyirəm “Qarabağ”ın udmağı bizim üçün hər halda yaxşıdır.
- Elə növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Yəqin rəqibinizin son oyunundan sonra daha ciddi hazırlaşırsınız.
- Bəli. Bir az da məsuliyyətimiz artıb. Çünki “Qarabağ” “Neftçi”ni səfərdə udub. Bizi çox çətin oyun gözləyir. Mən deyərdim ki, “Qarabağ” həmişə yaxşı təsir bağışlayıb. Demək olar ki, bu gün ən çətin rəqibimiz “Qarabağ”dır. Bu komanda ilə bundan əvvəl hər iki oyunda heç-heçə etmişik. İndisə qələbə qazanmalıyıq. Çünki çempionluğa oynayırıqsa, hər oyunda qalib gəlib, “Neftçi”yə çatmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi