“Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadənin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın 25-ci turunda böyük qalmaqala səbəb olan “Qarabağ”la oyun haqqında fikirlərini bilmək istərdik.
- “Qarabağ”ın gücünə bələdik. Azərbaycanda ən yaxşı komandalardandır. Penalti epizoduna qədər başabaş oyun gedirdi. Qol buraxmağımız oyunumuza təsir etdi. Müdafiəni yox, ancaq hücumu fikirləşirdik. Onda da arxada boşluqlar olur. Rəqib də bundan istifadə edib ikinci qolu vurdu. Fərqi yoxdur, hansı komanda penaldan qol buraxırsa, istər-istəməz oyuna təsir edir.
- Nəticəni ədalətli sayırsan?
- Heç kimin haqqını itirmək olmaz. “Qarabağ” bizə qalib gəldi. Bizə də rəqibi təbrik etmək düşür.
- Mübahisəyə səbəb olan penalti epizodu haqda nə deyə bilərsən?
- Həmin epizod düz gözümün qarşısında baş verdi. Orada penaltidən söhbət gedə bilməzdi.
- Kadrlardan Erik Ramosun rəqibini tutub çəkməsi görünür.
- İkitərəfli mübarizə gedirdi. Reynaldo da Ramosu tutmuşdu. Belə vəziyyətlərdə penalti vermirlər.
- İqor Mitreskinin qırmızı vərəqə aldığı epizod haqda nə deyə bilərsən?
- Açıq görünür ki, orada qırmızı vərəqə düzgün qərar idi. Mitreski rəqib yıxmasaydı, bizim qapıçı ilə təkbətək çıxacaqdı.
- Bundan əvvəlki iki oyunu da nəzərə alsaq, demək olarmı hazırda ən çətin rəqibiniz “Qarabağ”dır?
- Bu suala cavab versəm, digər komandaların haqqını yemiş olaram. Keçən mövsümdə də “Qarabağ” bizə qalib gələ bilmədi. Bəzən belə hallar olur. Komanda yaxşı formada olsa da, hansısa rəqiblə oyunu alınmır. “Qarabağ”da belə rəqiblərdəndir. Onlara qarşı bu mövsüm istədiyimiz oyunu göstərə bilmirik. Buna baxmayaraq, yenə də güclüyük, birinci yerdəyik.
- Qarşıdan “Qarabağ”la kubok oyununuz gəlir. Yəqin revanş üçün ciddi hazırlaşırsınız.
- Revanşdan əvvəl özümüz üçün qalib gəlməyi düşünürük. Bu oyuna ikiqat motivasiya olunmalıyıq. Çempionatda vəziyyətimiz yaxşıdır. Kubok oyunlarında da “Qarabağ”a qalib gələrək yaxşı nəticə qazanmaq fikrimiz var. Gərək bu vəziyyətdən çıxmaq üçün nəhayət, “Qarabağ”a qalib gələk.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi