“Bakı” hər zaman ürəyimdə olub. “Bakı”da oynadığım üçün demirəm, amma bu klub Azərbaycanda birincilərdən bəlkə də ən birincisidi”. Qol.Az-ın xəbərinə görə, bu sözləri qış fasiləsində AZAL-dan “Bakı”ya keçən Aqil Nəbiyev “toplu Bakı” jurnalına müsahibəsində deyib. O qeyd edib ki, klub futbolçular üçün hər cür şərait yaradıb.
“Burada oynayan futbolçular da bunun müqabilində nəticə verməyə borcludu. Çünki Azərbaycanın bir neçə klubunda belə şərait var. “Bakı”ya gələndə komandanın layiq olmadığı 10-cu yerə çox üzülürdüm. İnana bilmirdim ki, belə bir klub bu yerdədi. Rəhbərliyin düzgün transfer siyasəti özünü nəticələrimizdə göstərdi. Şükür Allaha ki, ilk altılığa vəsiqə qazandıq. Kubokda da mübarizə davam edir”.
A.Nəbiyev milli komandada əsas heyətə düşməməsinin səbəblərinə də toxunub: “Berti Foqts milliyə baş məşqçi təyin ediləndən 5 ay sonra məni komandasına dəvət etdi. Elə o vaxtdan etibarən milliyə dəvət alıram. Bir sıra vacib oyunlarda çıxış etmişəm. Daim əsas heyətdə oynaya bilməməyimin bir sıra səbəbləri var: biri mənim mövqeyimdə millinin kapitanı təcrübəli Rəşad Sadıqovun oynamasıdı. Digər səbəb isə zədələrdi. Bundan sonra da çalışacağam ki, millinin formasını geyinim. Bu mənim üçün böyük şərəfdi”.
Qardaşı Nadir Nəbiyev haqda da danışan A.Nəbiyev deyib: “Nadir öz futbol karyerasını “Turan”a qurban verdi. Nadiri futboldan küsdürdülər. Ona təklflərin ən çox olan vaxtında, heç bir maddi marağı olmadan “Turan”a qayıtdı. Doğma komandasına kömək məqsədi ilə öz maddi vəsaitini də kluba xərclədi. O, “Turan” üçün karyerasından keçdi”.
Keşmiş komandası AZAL haqda danışarkan A.Nəbiyev deyib: “Olimpik”ə (indiki AZAL – red.) keçidim təsadüf nəticəsində baş verdi. “Olimpik”i kubok oyununda evdə məğlub etdik. Bu oyundan sonra komandanın baş məşqçisi Əsgər Abdullayev məni “Olimpik”ə dəvət etdi. 2007-ci ilin yanvar ayında “Olimpik”lə 1 illik müqavilə imzaladım. Sonrakı illərdə müqavilə müddətini uzatmaqla 6 il bu klubda oynadım. Son illər komandanın kapitan sarğısı da mənə həvalə edilmişdi. Bu klubda karyeramın 5 ili keçdi. Sonuncu baş məşqçi Vaqif Sadıqov məni heyətdə görmək istəmədi. Bu halda komandada qalmağım mümkün deyildi. Hamı bilir ki, Vaqif müəllim heç bir səbəb olmadan məni komandadan kənarlaşdırdı. Amma həyat davam edir. Orada çoxlu dostlarım var. Münasibətlərimiz indi də yüksək səviyyədədi”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi