Böyükağa Hacıyevdən sərt açıqlamalar

Böyükağa Hacıyevdən sərt açıqlamalar
ÖLKƏ FUTBOLU 6 Aprel 2013 / 20:26 6549
-  A +

"Düzgün mübarizə aparmaq lazımdır. Bu gün hakim bizə qarşı haqsız oldu. Qapımıza təyin olunan penalti düzgün deyildi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz premyer Liqanın 25-ci turunda “Qarabağ”la oyundan (1:2) sonra deyib.

Baş məşqçi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Peşəkar Futbol Federasiyasının prezidenti Ramin Musayevi də ittiham edib: “Maraqlıdır ki, bu oyunun hakim inspektoru Xaqani Məmmədovdur. Hakim oynamğa imkan vermirdi. Ramin Musayevin “Qarabağ”a simpatiyası var. var. Belə olmaz axı. Biz də Azərbaycan klubuyuq. Yad ölkədən gəlməmişik.  ”.

“Qalib gəldiyimiz kimi məğlub olmağı da bacarmalıyıq. Azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirməyə çalışırdıq. Lakin buna nail ola bilmədik. Belə qələbə ilə “Qarabağ”a təbrik düşmür. Milli komandanın oyunundan sonra Mahir Şükürov özünə gələ bilmir. İqor Mitreski Azərbaycan səviyyəsi üçün çox yaxşı futbolçudur. O, futbolçudur, insandır, robot deyil” – deyə o qeyd edib.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi