Azərbaycanın U-19 millisinin baş məşqçisi Arif Əsədov komandasındakı vəziyyət və Topaz Premyer Liqanın gedişatı ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- U-19 milli komandamızda durum necədir?
- Növbəti təlim-məşq toplanışı üçün yığılıb, aprelin 8-i Moldovaya yola düşəcəyik. Aprelin 13-nə kimi Moldovanın 19 yaşlı futbolçuları ilə iki oyunumuz olacaq. Sonra may ayında da toplanışımız keçirilcək. Heyətimizdə problemlər də var. Əsas oyunçularımızın bəziləri zədəlidir. Bir neçə futbolçumuz isə müəyyən səbəblərdən klublarında ayrıla bilmədilrər. Ancaq onların yerinə başqalarına şans verib yoxlayırıq. Daima axtarışdayıq.
- Azad Rəhimov və Mikayıl Rəhimli hansı səbəbdən toplantıya qatıla bilmir?
- Mirkamilin klubu “Fənərbaxça”ya faks göndərmişdik. Özü də gəlmək istəyirdi. Amma klubdan bizə bildirdilər ki, Mirkamilin yaş qrupunda Türkiyədə liqa keçirilir. O da o yarışda iştirak edəcək. Ona görə də klubu onu buraxmır. Azad Rəhimovun isə pasportunun vaxtı gələn ay bitir. Moldova qanunlarına görə ölkəyə gələnlərin pasportunun ən azı üç ay vaxtı olmalıdır. Bu səbəbdən də Azadı apara bilməyəcəyik. Növbəti toplanıda bu məsələni həll etməyə çalışacağıq.
- Bu gün 19 yaşlı yığmamızda əsas milli komandamıza verə biləcəyiniz futbolçular var?
- Belə futbolçular azdır. Elə yaş qrupudur ki, demək olmaz ki, formalışmış oyunçulardır. Biz də çalışırıq ki, onların potensialını üzə çıxaraq, indidən olimpiya yığmasına və əsas milli komandaya hazırlaşdıraq. Perspektivli oyunçular var.
- U-19 liqasının yaranmasına münasibətiz necədir?
- Bu, çox yaxşı haldır. Bizdə seçim çox az olurdu. Güclü futbolçularımız zədələnəndə keyfiyyət baxımından onların yerini doldura biləcək futbolçu olmur. Yəni bu yaş qrupuda qıtlıq var. U-19 liqasının yaranması ilə gələcəkdə oynamayan futbolçular da özlərini göstərə biləcəklər. Biz də o futbolçulardan perspektiv vəd edənləri yığmaya cəlb edəcəyik. Bu liqanın yaranması bir neçə ildən sontra öz bəhrəsini verəcək. U-19 liqası stabil olsa, gələcəkdə U-18 liqası da yaratmaq olar. Avropada bu yaş qrupunda da liqa keçirilir. Amma hələ ki, bizdə bu yoxdu. Bunun olmaması U-17 futbolçularının nəzərdən uzaqda qalmasına səbəb olur. Gələcəkdə U-18 liqasının yaranması yaxşı olardı.
- Topaz Premyer Liqanın gedişi haqda fikirləririnizi bilmək istərdik.
- Artıq son mərhələ gedir. Ona görə də hər tur daha da maraqlı olur, kiminsə çempionluq şansı artır, kiminsə azalır və yaxud da avrokuboklara gedəcək komandalar müəyyənləşir. Bu baxımdan hazırda klublarımız baxımlı oyun nümayiş etdirir.
- Klubların çıxışı haqda nə deyə bilərsiniz?
- Başlayaq “Neftçi”dən. Qış fasiləsindən sonra stabil oyun nümayiş etdirir. Xallarını artırır. “Neftçi”nin oyununu yaxşı qiymətləndirirəm. “İnter” qeyri-stabil çıxış edir. Son oyunda “Neftçi”yə məğlubiyyət də bunun göstəricisidir. Uduzmaqla çempionluq şansını 70-80 faiz əldən verdi. “Qarabağ”da da son vaxtlar irəliləyiş var. “Neftçi” ilə bugünkü oyunda xal götürsə, çempionluq şansını saxlayacaq. Məğlub olacağı təqdirdə, demək olar ki, çempionluqdan əlini üzməlidir. “Bakı”nın oyununda inkişaf hiss olunur. Son nəticələri də bunu deməyə imkan verir. “Qəbələ”nin oyununda geriləmə var. Hazırlıq dönəmində hiss olunurdu ki, komanda yaxşı hazırlaşır. Güclü rəqiblərlə oyunda yaxşı nəticələr qazanmışdılar. Sonradan komandada nə baş verdi, bunu deyə bilmərəm. Komandanın daxilində hansısa problemlər ola bilər. Bunu qıraqdan bilmək olmaz. “Simurq”da sabit oyun nümayiş etdirmir. Amma hər zaman hansısa komandaya qalib gələ bilir. Gözlənilmədən xal da itirir. Avrokuboklara şanslarını saxlayır.
- İlk “altılığ”a düşə bilməyən komandalardan hansının kənarda qalması gözlənilməz oldu?
- AZAL və “Xəzər Lənkəran” ilk “altılığ”a düşməyə layiq idilər. “Xəzər Lənkəran” bu il qeyri-sabit çıxışı ilə yadda qaldı. Bir neçə dəfə baş məşqçi dəyişikliyi oldu. Komandanın sabit oynamaması da həmin dəyişikliklərlə bağlıdır. Hər baş məşqçi gələndə bir sistem gətirdi. Futbolçular da bilmədilər ki, necə oynasınlar. Amma düşünürəm ki, indi “Xəzər Lənkəran”ın formalaşması üçün yaxşı şans yaranıb. Artıq ikinci “altılıq”da elə də təzyiq yoxdur. Təzə baş məşqçi bu dövrdə öz fəlsəfəsini komandaya başa sala bilər. Futbolçuları sınaqdan keçirmək üçün də vaxtı olacaq.
- İstefadan söz düşmüşkən, son vaxtlar bir neçə klubumuzda belə hallar tez-tez baş verir. Buna münasibətiniz necədir?
- Məşqçi komandaya gətiriləndə baxmalıdır ki, onun qarşısına hansı məqsədlər qoyulub. Mənə deyirlərsə beş oyuna komandanı çempion etməlisən, bu realdırsa, mən bu işi boynuma götürərəm. Real olmayan işi gərək məşqçi üzərinə götürməsin. Bilməlidir ki, hara və niyə gedir. Məncə, istefaya göndərilən baş məşqçilər verdiyi sözü yerinə yetirə bilmədikləri üçün komandadan göndəriliblər. Əgər komandanın durumu buna imkan vermirsə, qısa bir müddətdə baş məqçidən böyük uğur gözləmək düz deyil. Klub rəhbərlri baş məşqçilərə az vaxt verirlər. Daha çox da yerli məşqçilərin istefasında tələskənlik edirlər.
- Bu gün Topaz Premyer Liqada keçiriləcək “Neftçi” – “Qarabağ” oyunundan nə gözləyirsiniz?
- Hər iki komanda hazırda yaxşı oyun nümayiş etdirir. “Qarabağ” məğlub olsa, “Neftçi” ilə xal fərqi daha artacaq və işi çətinləşəcək. Ona görə də bu oyun “Qarabağ” üçün daha vacib və risklidir. “Neftçi” isə sərbəst çıxıb oynaya bilər. Bu baxımdan arxayın ola bilər. Maraqlı oyun olacaq. Şansları bərabər saymaq olar. Amma oyunçuların keyfiyyətinə görə “Neftçi” üstündür.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi