Sabah Topaz Premyer Liqanın 25-ci turunda Azərbaycan derbisi baş tutacaq. “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Vacib oyun ərəfəsində Ağdam klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytının suallarını cavablandırıb
- “Neftçi” ilə matç haqda fikirlərini bilmək istərdik.
- “Neftçi” son iki ilin çempionudur. Ancaq indi daha güclüdürlər. Bu, son illərin ən güclü “Neftçi”sidir. Böyükağa Hacıyev gəlişindən sonra komanda hücum futbolu oynamağa başladı. Bu da öz bəhrəsini verdi. İndi daha baxımlı futbol oynayırlar. Biz də oyuna ciddi hazırlaşmışıq. Müəyyən planlarımız var. Çalışacağıq, sabahkı oyunda bunları tətbiq edək.
- Bu oyunu çempionluq üçün əsas matçlardan biri kimi dəyərləndirmək olar?
- Qələbə “Neftçi” üçün ciddi uğur olacaq. Amma bizim qələbəmiz belə çox şeyi dəyişməyəcək. Yenə də liderdən geridə olacağıq. Bərabərlik olsa da bir şey dəyişməyəcək. Biz hazırda çempionluqdan daha çox üçüncü yer üçün oynayırıq ki, avrokuboklara gedə bilək. Təbii ki, çempion olmaq da istəyirdik. Amma “Neftçi”nin uğurlu seriyası bu işimizi çətinləşdirdi.
- Deməli, sizin üçün bu dəqiqə əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır?
- Bəli. Keçən mövsümdə də hər iki cəbhədə mübarizə aparırdıq. Çempionluğa oynadıq, axırda avrokuboklara da vəsiqə qazana bilmədik. İndi də belə etsək, “yana” bilərik. Daha belə halın təkrarlanmamasını istəmirik.
- “Neftçi” ardıcıl neçə oyundur ki, uduzmur. Bu amil sizi naraht etmir ki?
- Səhv etmirəmsə, qış fasiləsindən sonra cəmi bir məğlubiyyətləri var. Qalan görüşlərdə də qalib gəliblər. Başa düşürük ki, səfər meydanında güclü rəqiblə qarşılaşacağıq. Amma “Qarabağ” da zəif deyil. Çalışacağıq ki, sərfəli nəticə qazanaq.
-Rəqibinizin heyətində bir sıra itkr var. Əsasən də Rəşad Sadiqovun yoxluğu şanslarınızı artıra bilər?
- Bizdə də Vaqif Cavadov zədəlidir. Sabahkı oyunda bunun təsirini görəcəyik. Ola bilsin, sabah istədiyimiz oyun alındı. Artıq yeni transferlər də komandaya uyğunlaşıblar. Düşünürəm ki, sabah maraqlı oyun olacaq.
- “Neftçi”ni necə zərərsizləşdirmək olar?
- Bizim bunun üçün planlarımız var. Sabah müəyyən taktikalardan istifadə edəcəyik. Ancaq indi bu haqda açıq danışmaq istəmirəm.
- Bu mövsüm “Neftçi”ni iki dəfə məğlub etmisiniz. “Neftçi” indi o dövrdəkindən güclüdür. “Qarabağ”da necə birinci dövrə ilə müqayisədə fərq var? Yəni yenidən qalib gələ bilərsiniz?
- Çətinlik çəkirəm cavab verməyə. Deyə bilmərəm, futbolçular 6-7 ay bundan qabaq güclü idi, yoxsa indi. Hər halda onda da meydana qələbə üçün çıxmışdıq, indi də bunun üçün çıxacağıq. Oyundan qabaq fikir bildirmək çətindir.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi