"Qarabağ" "Neftçi"yə ən layiqli rəqibdir"

"Qarabağ" "Neftçi"yə ən layiqli rəqibdir"
ÖLKƏ FUTBOLU 4 Aprel 2013 / 18:51 3005
-  A +

“Bütün fikirlərimizi bu oyuna yönəltmişik. Bu mövsüm onlara iki dəfə məğlub olmuşuq. Bunun əvəzini çıxmalıyıq. Ona görə də oyuna ciddi hazırlaşırıq. Məqsəd ancaq qalib gəlməkdir. Tutduğumuz yeri buraxmaq fikrimiz yoxdur”.

Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqanın 25-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Bu mövsüm “Qarabağ”a məğlub oluğumuz birinci oyun Avroliqa ərəfəsinə düşmüşdü bizdə yorğunluq var idi. Əsas fikrimizi Avropadakı oyunlara yönəltmişdik. İkinci matçda isə istədiyimiz oyun alınmadı. Bir qədər də bəxtimiz gətirmədi. Amma “Qarabağ”da Azərbaycanda ən güclü komandalardandır. Bizə ən layiqli rəqibdir. Buna baxmayaraq bizim onlara məğlub olmağa haqqımız yoxdur. Çünki çempionluq yolundayıq” – deyə o qeyd edib.

Gənc müdafiəçi çempionluq şanslarından da danışıb: “Qarabağ”a qalib gəlsək, hələ çempionluq demək deyil. Qarşıdakı oyunlarda da qalib gəlmək lazşmdır. Bizdən başqa “İnter” və “Qarabağ”ın da çempionluq şansları var. Bu rəqiblərə qalib gəlsək işimiz asan olacaq”. 

Daha çox


Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner