“Qarabağ” klubunun futbolçusu, milli komandanın üzvü Vaqif Cavadov “Qafqazinfo” saytına müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.
- Səfərdə məğlub etməli olduğumuz Lüksemburq, Bakıda maksimum heç-heçəyə ümid etdiyimiz Potuqaliya. Ancaq ehtimalların heç biri özünü doğrultmadı. Səncə niyə?
- Lükseburq elə komandadır ki, hər oyuna yüksək səviyyədə hazırlaşır. Biz Portuqaliya ilə oyuna necə hazırlaşmışdıqsa, onlar da bizə qarşı oyuna o cür ciddi hazırlaşmışdılar. Bundan əlavə bizim qələbə qazanmamağımızıa bir sıra önəmli faktorlar təsir etdi. Doğrudur, bəlkə indi deyəcəklərim hardasa bəhanə kimi görünə bilər, ancaq futbolda belə şeylər öz təsirini göstərir. Bunlardan biri stadionun olduqca bərbad vəziyyətdə olması idi. Digər tərəfdən isə top normal deyildi, adi toplardan fərqlənirdi. Bununla belə mənə elə gəlir ki, Lüksemburda aldığımız 1 xal da pis nəticə deyildi. Biz burda Portuqaliyaya qarşı oynayanda necə ki, sizlər bizdən xal tələb edirsiz , Lüksemburda da lüksemburqlular onlardan xal tələb edirlər. O ki qaldı Portuqaliya ilə oyuna, onlarla indiki zamanda başabaş mübarizə aparmaq olduqca çətin məsələdir. Çünki futbolçuların səviyyə fərqi ortadadır. Onların əksər oyunçuları Avropada oynayırlar. Buna baxmayaraq mənə elə gəlir ki, ilk 45 dəqiqədə biz yaxşı oynadıq və rəqibə demək olar ki, 1 real qol şansı verdik, bunun əvəzində isə özümüzün bir neçə dəfə qol vurmaq şansımız oldu. 47, 48-ci dəqiqələrdə isə hakimin kobud səhvi nəticəsində bizim azlıqda qalmağımız birbaşa oyunumuza təsir edən amil oldu. Çünki Portuqaliya kimi komandaya qarşı 11 nəfərlə mübarizə aparmaq çətindir, o ki, qaldı 10 nəfərlə.
- Tam ideal hücümçu olmaq üçün səndə hansı spesifik xüsusiyyətlər var və hansılar çatmır?
- Hər bir hücumçuda çatışmayan bu və ya digər cəhətlər olur. Çatışmayan cəhətlər sözsüz ki, məndə də var. Mənə elə gəlir ki, çatışmayan cəhətim bombardir olmamağımdır. Ancaq düzünü desəm, bunu heç özüm də istəmirəm. Çünki mən neçə ildir “Qarabağ”ın şərəfini qoruyuram və bizdə fərdi oyun anlayışı yoxdur. Bizim əsas taktikamız komanda ilə birlikdə hərəkət etməkdir. Əbəs yerə demirlər ki, futbol komanda oyunudur.”Qarabağ”ın oyunlarını izləsəz, görərsiz ki, bizdə müdafiəçilər də qol vurur, yarımmüdafiəçilər də fərqlənir, o cümlədən hücumçular da. Bundan əlavə bizimkilərdə belə bir anlayış var ki, yaxşı hücumçumuz yoxdur. Ancaq mən bununla razılaşmıram. Mənə elə gəlir ki, yarımmüdafiə xətti bir qədər yaxşı vəziyyətdə deyil. Çünki hücumçu birbaşa olaraq orta xətdən asılıdır. Gərək yarımmüdafiə hücümçunu 5-6 real qol pası ilə təmin edə ki, o, da bunun ən azı 1-ni, 2-sini qola çevirsin.
- Səncə, Berti Foqts millimizə gələn gündən bu vaxta kimi futbolumuzun xeyirinə bu və ya digər şəkildə nə kimi təsiri olub?
- Mən birinci növbədə onu deyim ki, AFFA-nın, başda Rövnəq müəllim və Elxan müəllim olmaqla, futbolumuz üçün gördüyü işlər inkişafın təməlini qoyur. Çünki adi bir misal çəkim, təxminən 4-5 il bundan qabaq Azərbaycanda stadion qıtlığı yaşanırdı. Lakin indi maşallah bir neçə gözəl stadionlarımız tikilib, şərait tamam dəyişib. O ki, qaldı Berti Foqtsun gördüyü işlərə o, millimizin başına keçən gündən, millidə abu-hava tamamilə dəyişib. Çünki Berti Foqts nədə olmasa almandır və o, alman intizamını tətbiq edir. Futbolçuarımızın necə məşq etmələrindən tutmuş, necə dincəlmələri, boş vaxtlarını necə keçirmələri barədə öz fikrini deyir. Çalişir ki, milli üçün ən yaxşı şəraiti yaratsın. Həm də bir qədər müdafiə futboluna üstünlük verir. Hücumları quranda belə müdafiədən başlamağı tapşırır.
- Necə düşünürsən, Qurban Qurbanovla işləmək daha asandı ya Berti Foqtsla?
- Qurban Qurbanovu daha çox görürəm və onun rəhbərliyi ilə demək olar ki, hər gün bir yerdə məşq edirəm. Qurban müəllimin mənim oyunuma sözsüz ki, böyük təsiri olub. Çünki mən onun göstərdiyi etimad sayəsində öz oyunumu daha da möhkəmləndirmişəm və belə demək olarsa, özümü tapmışam. Bundan əlavə bizim aramızda sırf məşqçi və futbolçu əlaqələri yoxdur. O, bütün komanda ilə dostdur, hamını ilk növbədə insan kimi qiymətləndirir, daha sonra futbolçu keyfiyyətlərimizə üstünlük verir. Onun Berti Foqtsla fərqinə gəldikdə isə sözsüz ki, hər bir məşqçinin özünə xas taktikası, iş planı olur. Mənə elə gəlir ki, hərəsinin öz yeri var və birini digərindən fərqləndirmək o qədər də düzgün olmazdı.
- Təhsilin hansı səviyyədədir? Yoxsa, sırf elə futbolun arxasınca getmisən və təhsil almağa bir o qədər də üstünlük verməmisən?
- Yox niyə ki, təhsilim də var. Mən Rusiyada orta məktəbi bitirib, İdman Akademiyasına daxil olmuşam. Məşqçilik və Menecerlik fakültəsində təhsil almışam .
- Axırıncı dəfə nə vaxt və hansı kitabı oxumusan?
- Hardasa 3 ay bundan qabaq Qurban Səidin “Əli və Nino” əsərini oxumuşam və onu deyə bilərəm ki, bu kitab məni uzun müddət öz təsiri altında saxlayıb. Belə də əlimə maraql kitab keçən kimi oxuyuram. Əsasən müxtəlif mövzulu jurnallar oxumağa üstünlük verirəm.
- Futbol oynamaqdan bezəndə dincəlmək üçün hansı işləri görürsən?
- Məni yaxından tanıyanlar bilirlər ki, boş vaxt tapan kimi balıq tutmağa gedirəm. Bu məşğuliyyət mənim bütün stresimi alıb aparır, beynim, əzələlərim dincəlir. Demək olar ki, bir müddətlik ətraf-mühitlə əlaqəm kəsilir. Bundan əlavə komanda yoldaşlarımla görüşürəm bir yerdə çay içirik, söhbətləşirik.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi