Şəhriyar Əliyev: "Bakı" artıq əvvəlki oyununu bərpa edib"

Şəhriyar Əliyev: "Bakı" artıq əvvəlki oyununu bərpa edib"
ÖLKƏ FUTBOLU 2 Aprel 2013 / 00:01 2652
-  A +

"Oyun çox ağır oldu. Bir neçə futbolçumuzda milli komandanın oyunlarından sonra yorğunluq var idi. Çətin qarşılaşma olacağını bilirdik. Ancaq baş məşqçimiz bizi bu oyuna yaxşı motivasiya etmişdi”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Bakı”nın müdafiəçisi Şəhriyar Əliyev Topaz Premyer Liqanın 24-cü turunda “Simurq”a qarşı keşirdikləri oyunu (1:0) şərh edərkən deyib.

Qələbənin onlar üçün çətin başa gəldiyini bildirən müdafiəçi qeyd edib: “Səfərdə “Simurq”a qarşı oyun bütün komandalar üçün çətin olur. Çox az hallarda “Simurq” öz meydanında hansısa komandaya üç xal verir. Keçən oyunda da “Qarabağ” qalib gəlmələri bunu sübut etdi. Ancaq çətin də olsa lazım olan qolu vurduq və səfərdən qələbə ilə qayıtdıq”.

“Rəqib birinci hissədə daha çox qol vəziyyətləri yaratdı. Ancaq deməzdim ki, bizdən üstün oyun göstərdilər. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Təzyiqləri artırıb qol vurduq. Bundan sonra əsas müdafiəyə fikir verdik. Baş məşqçimiz beş müdafiəçi ilə oynamağı məsləhət bildi. Rəqib isə meydana iki hücumçu buraxdı. Lakin müdafiədə diqqətli olub qol buraxmadıq”- deyə o bildirib.

"Simurq"un daha çox qol imkanları olsa da bunu dəyərləndirə bilməməsini bəxt amilinə bağlamayan gənc müdafiəçi bunları deyib: “Deməzdim ki, bizim bəxtimiz gətirdi. “Simurq”da bir neçə qol imkanı olsa  da, bu, yüzfaizli epizod deyildi.   Bizim də belə imkanlarımız oldu”.

Avrokubok şanslarından da danışan Ş. Əliyev Avropada oynamaq üçün iki istiqamətdə mübarizə apardıqlarını qeyd edib: “Avropaya çıxmaq üçün kubok oyunları daha rahatdır. Ancaq kubokda heç də işimiz asan olmayacaq. Rəqibimiz “Xəzər Lənkəran”dır. Bilirsiniz ki, bu komanda ilk “altılığ”a düşə bilmədiyindən  gücünü ancaq kubok oyunlarında göstərəcək. Bu baxımdan “Xəzər Lənkəran”la oyun ağır olacaq. İşimizi ehtiyatlı tutmalıyıq. Premyer Liqa oyunlarında da ardıcıl qələbələr qazanmalıyıq ki, kubokda uğur qazanmasaq, ən azı çempionatda üçüncü yeri tutmaqla Avroliqa yarışlarında iştirak edək. Bunun üçün bizim kifayət qədər gücümüz var. “Bakı” artıq əvvəlki oyununu bərpa edib. Son çıxışlarımızdan bunu görmək olur”.

Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi