“Neftçi” Bakı “İnter”inin prezidenti Georgi Nikolovun klub və onun bir qrup azarkeşi haqda səsləndirdiyi sərt fikirlərə münasibət bildirib.
G.Nikolov “İnter”in saytındakı yazısında Topaz Premyer Liqanın “Neftçi”yə qarşı keçirilən 24-cü turunun oyununda qonaq komandanın azarkeşlərinin meydançaya fişəng atmalarına sərt reaksiya verib. G.Nikolov bildirib ki, azarkeşlərin bu hərəkəti “Neftçi”nin vicdanına ləkədir.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov isə Qol.Az saytına açıqlamasında bildirib ki, Nikolov klub prezidenti kimi stadionda təhlükəsizlik tədbirlərini yüksək səviyyədə görməli idi: “Nikolov gedib vətəni Bolqarıstanda ağzına gələni danışsın. Bura Azərbaycandır. Huquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı klubun mühafizə xidməti də istənilən azarkeş stadiona daxil olanda onu yoxlamalıdır. Belə edilsəydi, bu cür hadisələr də baş verməyəcəkdi”.
T.Süleymanov qeyd edib ki, G.Nikolov neçə ildir Azərbaycanda olsa da, ciddi uğura nail ola bilməyib: “Bəlkə onun prezidentliyi dövründə “İnter” Avropada ciddi bir nəticə göstərib? O getsin, Bolqarıstanda vandalizmin qarşısını alsın. Bəli, biz “Şəfa”da qonaq komanda idik. Ancaq Nikolov təhlükəsizlik qaydalarını yaxşı oxusun. Stadiondakı bütün təhlükəsizliyə yerli klub cabvabdehdir. Nikolovun Azərbaycan futbolunda çalışmasının özü bir ləkədir. Onun Bolqarıstanda danışılmış oyunlarından tutmuş, “İnter” – “Simurq” hadisələrində iştirakı qara ləkədir. Bunların qarşısı alınmalıdır. “Neftçi” isə Azərbaycan futbolunun tarixidir. “Neftçi”yə qarşı nəinki Nikolov, başqaları da artıq söz desə, onun yüzqat cavabını alar. Klub prezidenti öz ifadələrinə fikir verməli və adına layiq açıqlamalar verməlidir. O ki qaldı meydançaya ziyan dəyməsinə, Nikolov ora nəslinin-kökünün pulunu xərcləməyib. Deyir ki, bizim azarkeşləri bundan sonra xüsusi kletkaya salacaqlar. Biz onu “kletka”ya salıb Bolqarıstana göndəririk”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da