Messidən daha bir tarixi uğur

Messidən daha bir tarixi uğur
ÖLKƏ FUTBOLU 31 Mart 2013 / 12:34 4115
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi bir mövsümdə La Liqadakı bütün komandaların qapısına qol vurmağı bacarıb. Qol.Az-ın məlumatına görə, bu hadisə dünən “Selta”ya qarşı keçirilən matçda (2:2) baş verib. Messi komandasının ikinci qolunun müəllifi olub.

Daha bir aləmətdar fakd odur ki, Messi bütün rəqiblırinə qolları dalbadal, fasilə vermədən vurub. 

Qeyd edək ki, ötən mövsüm “Real”ın hücumçusu Kriştiano Ronaldo da eyni uğura nail olmuşdu. Amma o, bu qolları fasilələrlə vurmuşdu.

Əlavə edək ki, dünənki oyunda vurduğu qol La Liqanın bombardiri Messinin çempionatdakı 43-cü qolu olub.

Daha çox


Son xəbərlər