Millimiz Avropa çempionatına vəsiqə qazandı

Millimiz  Avropa çempionatına vəsiqə qazandı
ÖLKƏ FUTBOLU 31 Mart 2013 / 00:58 3088
-  A +

Azərbaycan milli komandası futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz əsas seçmə mərhələnin son oyununda bu gün Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığmasının qapısından topları Biro Jade və Namiq Məmmədkərimov keçirib.

Komandamız qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.

 

Komandalar

O

Q

H

M

T/F

Xal

1

Azərbaycan

3

3

0

0

11-3

9

2

Bosniya və Herseqovina

3

1

1

1

10-7

4

3

Slovakiya

3

1

1

1

9-9

4

4

Norveç

3

0

0

3

3-14

0


Daha çox


Son xəbərlər