Böyükağa Hacıyev: “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm"

Böyükağa Hacıyev: “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm"
ÖLKƏ FUTBOLU 30 Mart 2013 / 21:15 3955
-  A +

“Çox maraqlı oyun oldu. Premyer Liqadakı 17 günlük fasilədən sonra belə oyun alınırsa, fasilə olmasa necə oyun olacağını təsəvvür edin. 12 futbolçumuz milli komandalarda idi. Komandanı iki gün öncə tam yığa bilmişik. Futbolçuların əzmkarlığından razı qalsam da, ustalıqda bir az “axsadıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 24-cu turunda “İnter” üzərində qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
 
Rəqib haqqında da danışan B.Hacıyev qeyd edib: “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm. Çünki, mən “İnter”i tam öyrənmişəm. Kaxaber Sxadadze yaxşı məşqçidir, onun əlində olan futbolçular budur. “İnter”in necə qol vurduğunu bilirəm. Ağıllı məşqçi bu yolu tapıb bağlasa “İnter” qol vura bilməyəcək”.

Daha çox


Son xəbərlər