Araz Abdullayevdən təzə xəbər

Araz Abdullayevdən təzə xəbər
ÖLKƏ FUTBOLU 29 Mart 2013 / 19:02 7682
-  A +

Dünən avtomobil qəzası törədən “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev komandanın məşqlərində iştirak etmir.  Qol.Az-ın məlumatına görə, zaminə buraxılan futbolçunun psixoloji durumu yaxşı vəziyyətdə deyil. Bu səbəbdən məşqçilər korpusu Araza müvəqqəti olaraq dincəməyi məsləhət bilib.

Baş vemiş hadisə  “Neftçi” futbolçularına pis təsir etsə də, artıq komandanın əhval-ruhiyyəsi düzəlməyə doğru gedir. “Neftçi” bu gün sabah Topaz Premyer Liqada qarşılaşacağı “İnter”lə oyunun son hazırlıqlarına çıxıb. Araz Abdullayev istisna olmaqla komanda tam heyətlə məşq edib.

Qeyd edək ki, Araz Abdullayevin sabahkı oyunda meydana çıxmayacağı dəqiqləşib.

Yeri gəlmişkən, “İnter” - “Neftçi” oyunu sabah saat 17:00-da başlanacaq.

Daha çox


Son xəbərlər