Rəşad Abdullayev: "Millimizə kömək etməyə hazıram"

Rəşad Abdullayev: "Millimizə kömək etməyə hazıram"
ÖLKƏ FUTBOLU 29 Mart 2013 / 00:01 2505
-  A +

“Komandamızdan minimal hesablı qələbə, ən azı heç-heçə gözləyirdim. Futbolçulara inanırdım. Çünki öz meydanımızda yaxşı oynayırıq. Güclü rəqibə qarşı həmişə yaxşı motivasiya oluruq. Komandamız oyuna yaxşı başladı. Sonradan rəqib üstünlüyü ələ keçirdi. Rauf Əliyevin qırmızı vərəqə almasından sonra isə komandamız ümidini itirdi”.

Bu sözləri Qol.Az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Rəşad Abdullayev milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya ilə oyununu (0:2) şərh edərkən deyib.

Milli  komandamızın sabiq üzvü yenidən yığma komandada oynamağa layiq olduğunu bildirib: “Həmişə milli komandada oynamaq istəmişəm. Bu gün də yığmamıza öz təcrübəmlə kömək edə bilərəm. Ölkə çempionatında çıxış edən futbolçuların çoxu milli komandada oynaya bilər. Çünki yığmada hər kəs özünü yaxşı tərəfdən göstərir. Bu da bir qismətdir ki, bu gün mən Azərbaycan yığmasında deyiləm”.

Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən “Qəbələ”nin yaxşı istifadə etdiyini söyləyən kapitan qeyd edib: “Komandamızda son vaxtlar uğursuzluq hökm sürürdü.  Bu fasilə yerinə düşdü. Toplanışda məşqlərimizi davam etdirdik. Harda boşluqlar var onu doldurmağa çalışdıq. Fiziki məşqlərə üstünlük verdik. Bunun bizə çox xeyri dəyəcək”.

R. Abdullayev Topaz Premyer Liqanın 24-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb: “Qarabağ”la son vaxtlar çox qarşılaşmışıq. Çətin və maraqlı rəqibdir. Əksəriyyəti milli komandanın oyunçularıdır. Biraz onlarda yorğunluq ola bilər. Ancaq peşəkar futbolçulardır, çalışıb oyuna hazır olacaqlar. Biz də müntəzəm məşqlər keşmişik. Elə də dincəlməmişik. “Qarabağ”ın oyununa Portuqaliya ilə matçın nəticəsi biraz təsir edə bilər. Çünki əksəriyyəti milli komandanın heyətində idi. Məğlubiyyət onlarda psixoloji gərginlik yarada bilər. Ancaq biz bunlara ümid etmirik. Ancaq öz oyunumuza fikir veririk ki, görək harda boşluqlar var. Səfərdən yaxşı nəticə ilə qayıtmağı fikirləşirik”.

Daha çox


Son xəbərlər