Milli komandamızın və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- DÇ-2014-ün seçmə mərhələsində millimizin Portuqaliya ilə oyunu haqda fikirlərini bilmək istərdik.
- Oyuna pis hazırlaşmamışdıq. Qarşımıza məqsəd qoymuşduq ki, ən azı məğlub olmayaq. İlk yarıda hiss olundu ki, rəqib oyuna çox ciddi hazırlaşıb, Azərbaycanı xal itirmədən tərk etmək istəyir. Biz də əlimizdən gələni etmək istəyirdik ki, layiqli mübarizə aparaq. Təəssüflər olsun ki, ikinci hissədə künc zərbəsindən sonra qol buraxdıq. Bundan sonra demək olar ki, bizim üçün oyun bitdi.
- Komandamzın sırf müdafiədə oynaması düzgün taktika idi?
- Top bizdə olanda rəqib dərhal pressinq edirdi. İmkan vermirdilər ki, top bizdə qalsın. Bizim də planlarımız var idi. Rəqibi əks-hücumda tutmaq istəyirdik. Ancaq buna da imkan vermədilər. Yəni sırf müdafiə olunmaq fikrimiz yox idi. Bunu rəqib məcbur edirdi.
- Portuqaliya yığması bizi əsasən hansı cəhətlərdə üstələdi?
- Rəqib çox cəld idi. Topla yaxşı davranırdı. Topu özlərində çox saxlayırdılar. Buna görö də onlarla mübarizə aparmalı olurduq. Topsuz qaçmaq isə bizi çox yorurdu. Topu ələ keçirəndən sonra da tez itirirdik. Bu da rəqibin təhlükəli hücumuna səbəb olurdu. Ümumilikdə istədiyimiz oyunu göstərə bilmədik.
- Rauf Əliyevin qırmızı vərəqə almasına münasibətin necədir? Buraxılan qollarda komandamızın azlıqda qalmağının rolu oldu?
- Təbii ki, Rauf meydandan çıxandan sonra rəqib daha inamlı oldu, irəli atıldı. İkinci hücumçunu meydana buraxdılar. Belə olmasa daha yaxşı olardı. Fikrimcə, hakim sərt qərar qəbul etdi. Onların da müdafiəçiləri sərt oynayırdılar. Əgər hakim sərt mübarizəyə imkan vermirdisə, gərək onlara da 3-4 dəfə sarı vərəqə göstərəydi. Sanki hakim bizə qarşı sarı vərəqəni rahat çıxardırdı.
- Buraxılan iki qolda müdafiəçilərimizin nə dərəcədə səhvi oldu?
- Birinci qolu duran topdan vurdular. Ondan sonra komandamız ruhdan düşdü. Başa düşürdük ki, qol vurmaq bizim üçün çətin olacaq. İstər-istəməz komandada inam itdi. Bununlada müdafiədə boşluqlar yaranmağa başladı.
- “Qarabağ”da vəziyyət necədir? Qarşıdan “Qəbələ” ilə oyun gəlir. Oyun qabağı komandanın durumu nə yerdədir?
- Vəziyyət o qədər də ürəkaçan deyil. Çünki bir çox futbolçumuz milli komandaların düşərgəsindən qayıdıb. “Qarabağ”da istədiyimiz kimi hazırlaşa bilməmişik. Ancaq “Qəbələ” xeyli vaxtdır ki, bu oyuna hazırlaşır. Buna görə də bizi çətin sınaq gözləyir. Oyunçularda yorğunluq olacaq. Vaqif Cavadov zədə, Vüqar Nadirov sarı vərəqə səbəbindən oynamayacaq. İlqar Qurbanovun da oynamağı sual altındadır. Buna baxmayaraq, fikrimiz qalib gəlməkdir.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham