AFFA-nın baş katibi Elxan Məmmədov “Trend” agentliyinə müsahibəsində Azərbaycan – Portuqaliya oyunundakı istefa sədalarına görə deyib: “O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər”.
Yəni AFFA rəhbərliyinin məntiqi ilə Azərbaycan futbolunda hər şey sabitdir, ona görə də bu sabitliyi pozmağa cəhd edənlər, futbolumuzda “qeyri-sabitlik” istəyənlər, el arasında deyildiyi kimi, “sapı özümüzdən olan baltalardır”.
Və deməli, bizə Azərbaycan futbolundakı indiki sabitlik lazımdır. Bəs bu “sabitlik” nədən ibarətdir:
... FİFA reytinqində son beş ildə nə bir addım o tərəfə, nə də bu tərəfə, elə sabit yerdə - 116-cı pillədə qalmaq...
... Yarışdığı qrupda son pillədə qərarlaşmaq...
... Lüksemburq kimi komandaların qapısına yaxın dura bilməmək...
... Millinin “mənafeyi naminə” deyib Premyer Liqanın təqvimini alt-üst edərək, milli komanda üçün ildə bir neçə dəfə 10-15 günlük təlim-məşq toplanışı keçirmək...
... Bu toplanış çərçivəsində klubların faəliyyətini iflic vəziyyətə salmaq..
... Bu toplanışların nəticəsində faktiki olaraq, heç bir uğura nail olmamaq...
... Hindistan, Fələstin kimi adı futbol dəftər-kitabında olmayan komandaya uduzmaq...
Bu, Elxan Məmmədovun AFFA-nın baş katibi kimi son altı ildəki faəliyyəti, onu yaratdığı “sabitlik” nəticəsində qazanılan “uğurlar”ın yalnız keçik bir hissəsidir.
Ona görə də stadionda və başqa yerdə Foqtsu istefaya çağırmaq olmaz. Çünki bu, futbolumuzdakı “sabitliy”ə qarşı getməkdir.
Milli komandada və futbolumuzda problemdən danışmaq olmaz.
Çünki bizim futbolda problem yoxdur, əksinə AzTV-nin “futbolumuzdakı inkişaf”dan Elxan Məmmədovdan daha çox danışan idman şərhçisinin dediyinə görə, bizim futbol sürətlə qabağa gedir.
Futbolumuzdakı bu sürətlə inkişafın qarşısında isə heç kim, heç bir bir qüvvə, heç bir komanda dayana bilməz.
Bu “nəhəng” komandanı isə futbolumuzdakı “sabitlik” vaxtı gənc Elxan Məmmədov qoca Berti Foqtsla birgə yaradıb. O komandanın qarşısına isə “Avro 2016”nın finalına düşmək vəzifəsi qoyulub.
Bəli, səhv yazmamışıq, bu komanda “Avro-2016”nın final mərhələsinə getməlidir.
Təsəvvür edirsiniz, BU KOMANDA, məhz bu komanda...
GÜNDÜZ
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə