“Neftçi” klubun məşqçisi, Azərbaycan milli komandasının sabiq üzvü Kamal Quliyev yığmamızın DÇ-2014-ün seçmə oyunlarındakı son çıxışları ilə əlaqədar Qol.Az saytının suallarını cavablandırıb
- Millimizin Portuqaliya yığmasına 0:2 hesabı ilə uduzduğu oyunu necə dəyərləndirirsiniz?
- Mən Berti Foqtsda ilk dəfə onu gördüm ki, yerli futbolçuları maksimum bir araya gətirmişdi. Birinci hissədə pis təsir bağışlamadıq. Səviyyə fərqin nəzərə alsaq, pis oynamadıq. Ancaq doxsan dəqiqə ərzində qapıya bir zərbə vura bilmiriksə, burda yaxşı oyundan danışmaq olmaz. Futbolçular əllərindən gələni etdilər. Belə deyək, boyumuzdan yuxarı tullana bilmərik. Bundan artıq oynaya bilmirik.
- Qapıya bir zərbə belə vura bilməməyimiz bu gün Azərbaycanda hücumçu probleminin getdikcə dərinləşməyindən xəbər verirmi?
- Sizinlə razıyam. Lüksemburqla oyunda da qapıya dəqiq zərbə vura bilmiriksə, bu, artıq Azərbaycan futbolunun faciəsiədir. Rauf Əliyev pis oyunçu deyil. Ancaq qapıya zərbə endirmək təkcə hücumçudan asılı deyil. Futbol kollektiv oyun növüdür. Raufa da cinahlardan, orta xətdən kömək lazım idi. Ümidimizi tək hücumçuya bağlamalı deyilik. Yenə deyirəm ,Azərbaycanda hücumçu problemi, qıtlığı var. Milli komandamızda qol vura bilməmək problemi var.
- Portuqaliyaya əsasən nədə uduzduq?
- Birinci səviyyə baxımından geri qalırıq. Bizdə ustalıq səviyyəsi çatmır. Mövqe səhvlərimiz çox oldu. Top itkilərimiz həddən artıq idi. Birinci hissədə Maksim Medvedyev demək olar ki, bütün topları rəqibə verirdi. Belə səhvlər də gətirib məğlubiyyətə çıxarır.
- 1999-cu ildə, siz də milli komandada oynayan vaxt Portuqaliya yığması ilə 1:1 hesablı heç-heçə etmişdik. Millimizdə o dövrlə müqayisədə hansı fərqlər var?
- Milli komandamızın indiki futbolçularının əksəriyyəti ilə mən də oynamışam. Onların gücünə bələdəm. Onlar da təcrübəli futbolçulardır. O vaxt milli komandada kollektiv oyun, əzmkarlıq var idi. Yadınızdadırsa, onlarla texniki problemlərə görə iki gündə üç hissə oynamışdıq. Yenə də məğlu olmadıq. Burada ən önəmli amil baş məşqçidir. O dövrdə baş məşçimiz Əhməd Ələsgərov idi. Əhməd müəllim gözəl insan, mütəxəssis, psixoloq, hər şeyi yerli-yerində edən, futbolçunu oyuna yaxşı kökləyən biri idi. O, futbolçuları düzgün seçməyi, onların hansı mövqedə oynatmaq lazım olduğunu çox yaxşı bacarırdı. Baş məşqçimiz bizi o oyuna elə hazırlamışdı ki, biz çox sərbəst oyuna çıxdıq və məğlu olmadıq.
İndi futbolçularımız istəyir ki, az qaçsınlar, ancaq yaxşı nəsə əldə etsinlər. Heç vaxt yüngül məşqlə ağır oyuna çıxmaq olmaz. Həmin oyun rahat ola bilməz. O vaxt futbola yanaşmaq tərzi tam fərqli idi. Mən və yaxud digər müdafiəçilər oyundan çıxanda ayaqlarımızın yanında çoxlu sivrim olurdu. Meydançalarımız da belə səviyyədə deyildi. Rəqibə ustalıqda, sürətdə uduzsaq da, sürüşmə fəndlərindən çox istifadə edib, özümüzü sığortalayırdıq. Ancaq indi elə elementləri görmürəm.
- Demək istəyirsiniz ki, indi futbolçularda istək yoxdur?
- Bir neçə fitbolçuda görsənir. Amma bunu kollektiv şəkildə görmək olmur.
- Portuqaliya necə, o vaxt güclü idi, yoxsa indi?
- O dövrdə bundan qat-qat güclü idi. 1999-cu ildə Potuqaliyada ulduz futbolçular daha çox idi. Həmin komanda “Avro-2000”də yarımfinala çıxdı.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə