“Dünənki görüşdə Portuqaliya bizə o qədər də təzyiq etmədi. Oynamağıza imkan verirdilər. Braqadakı oyundakı kimi pressinq etmədilər. Ancaq futbolçularımız yetərincə hücuma keçmədi. Qısa ötürmələrdə çox səhvlərə yol verdik. Top bizdə az qalırdı. Bu da yorğunluğa gətirib çıxarırdı. Portuqaliyadan xal almaq olardı”.
Qol.Az saytının müxbiri ilə söhbətində bu sözləri əməkdar məşqçi Ağasəlim Mircavadov milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Portuqaliya ilə dünənki oyununu (0:2) şərh edərkən deyib.
Onun sözlərinə görə, məğlubiyyətin səbəblərindən biri də orta xəttin zəifliyi olub: “Müdafiə ilə hücum arasında əlaqəni yaxşı qurmaq lazım idi. Dünən bu mövqedə Elvin Məmmədov və Cavid Hüseynov kimi hücumameyilli futbolçular oynayırdı. Ancaq onlar da bunu bacarmadı. Elvin Məmmədovdan çox şey gözlənilsə də, oyun təcrübəsi buna imkan vermədi. Ona gərə də çatdıra bilmirdi. Həmçinin oyunçularımızda həyəcan vardı. Məqsədləri top buraxmamaq idi. Qarşıya belə məqsəd qoymaq səhvdir. Qol vurmağı düşünmək lazım idi. Qol vuranda futbolçularda başqa bir əhval-ruhiyyə olur. Daha da ürəklə oynayırlar. Sol cinah da dünən zəif təsir bağışladı. Maksim Medvedyev həmin mövqedə çıxış edə bilmir. Hər futbolçunun öz mövqeyi var. Bunları nəzərə almaq lazımdır. Rəqib əksər hücumları bizim sol cinahdan təşkil edirdi. Rəqib bir qolu standart vəziyyərdən oldu. Keçən oyunda da Bruno Alveş künc zərbəsindən sonra qapımıza qol vurmuşdu. Bunu nəzərə almaq lazım idi. Həmin oyunçunu zərərsizləşdirməli idik”.
Milli komandamızın sabiq baş məşqçi Azərbaycanda hücumçu probleminin dərinləşməsinə də münasibət bildirib: “Bizdə təkbətək mübarizələr zamanı rəqibi aldada bilən futbolçular var. Vaqif Cavadov, Əfran İsmayılov bunu bacarır. Bu oyunçular da orta xətdən aslıdılar. Ümumiyyətlə, komanda orta xəttin üzərində qurulur. Ona görə ingilislər deyir ki, “orta xəttini mənə göstər, deyim, komandan necədir”. Adətən bizdə orta xətt oyunçuları müdafiəyəmeyilli olurlar. Portuqaliya ilə oyunda bir qədər dəyişklik olsa da, yenə hücum futbolu oynaya bilmədik. Bunun da səbəbi heyətdə tez-tez dəyişiklik olmasıdır. Komanda sabit deyil. İsrail millisi Portuqaliya ilə oyunda çox istəkli görünürdü. Üz ifadələrindən də görünürdü ki, ancaq qalibiyyəti düşünürlər. Bizdə isə o istək yoxdur. Elə bil bizim komanda udmağı yox, yalnız qol buraxmamağı fikirləşir”.
Berti Foqtsun fəaliyyətinə də toxunan təcrübəli mütəxəssis qeyd edib: “Biz əvvəlki oyunumuzu itirmişik. Əvvəllər Qafqaz futbolu oynayırdıq. O dövrdə daha yaxşı oyun sərgiləyirdik. Əfsuslar olsun ki, indi o oyunu itirmişik. Klub rəhbərləri ilə milli komandamızın məşqçiləri arasında sıx, səmimi əlaqə olmalıdır. Əgər futbbolçu öz klubunda start heyətə düşə bilmirsə, onun milli komandada nə işi var? Milli komanda nəyə deyillər? Klubda özünü ən yaxşı tərəfdən göstərən futbolçuları milliyə dəvət etmək lazımdır. Bu, geniş mövzüdur. Dəyirmi masa arxasında oturub bunu müzakirə etmək lazımdır. Onda hər kəs öz fikrini söyləyər və düz qərara gəlib çıxa bilərik”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə