Portuqaliya milli komandasının baş məşqçisi Paolo Bentu sabah Azərbaycana qarşı keçiriləcək DÇ-2014-ün seçmə mərhələsini oyunu öncəsi mətbuat konfransı təşkil edib. Qol.Az-ın məlumatına görə, mətbuat konfransı qalmaqalla başlayıb. Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Bentunun sözlərinin Azərbaycan dilinə tərcümə olunmasına imkan verməyib. Baş məşqçi özü buna etiraz etməyb.
Bundan sonra azərbaycanlı jurnalistlər Bentuya sual veriblər. Elə ilk sual da tərcümə qalmaqalı ilə bağlı olub. Azərbaycanlı jurnalistlər sualların tərcumə olunmasına təkid etsələr də, istəklərinə nail ola bilməyiblər. Bu səbəbdən onlardan bir qrupu mətbuat konfrasını tərk edib.
- Nəyə görə siz portuqaliyalı jurnalistlər üçün açıqlamanızın Azərbaycan dilinə tərcümə olunmasına imkan vermədiniz? Biz nə üçün bu hərəkətinizə görə sizi yarım saat vaxt gözləməliyik?
- Əvvəldən belə danışılmamışdı. Bizə bu haqda məlumat verilməmişdi (Bentu sualdan qaçır - red.).
- Sabahkı oyun haqda fikirləriniz necədir?
- Biz yaxşı müdafiə olunan komandaya qarşı oynayacağıq. Bizim üçün çətin olacaq. Azərbaycanın ev oyunlarını izləmişik. Evdə yaxşı oynayırlar. Ancaq əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
- Belə məlumat var ki, Ronaldonun İsraillə oyunda qəsdən sarı vərəqə alması barədə siz tərəfdən futbolçuya tapşırıq olub.
- Yox, bu, düzgün məlumat deyil.
- Ronaldo və Naninin oynamaması komandanızın oyununa nə kimi təsir göstərə bilər?
- Onlar hər ikisi çox önəmli oyunçudur. Amma bizim komanda bu futbolçulardan asılı deyil. Onları əvəz edə biləcək oyunçularımız var və bu futbolçular sabahkı qarşılaşmaya hazırdılar.
- Raul Meyreleş oynayacaqmı?
- Əgər tam hazır olsa, oynayacaq.
- İsraillə oyunda Ronaldonun rəqib futbolçu ilə formasını bilərəkdən dəyişmək istəməməsi barədə xəbərlərə münasibətiniz necədir?
-Mən bu haqda nəsə deyə bilmərəm. Bunu Ronaldodan soruşun.
- Sabahkı matçda məğlubiyyət gözləyirsinizmi?
- Fikrimiz bu matçda qalib gəlməkdir. Azərbaycana uduzmaq ağlımızdan belə keçmir.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı