“Mən heç də təəccüblənmədim. Bu gün yığmamızın potensialı budur. Oyundan əvvəl hamımız bildirmişdik ki, Lüksemburqa qalib gələ bilərik. Ancaq komandamız bunu bacarmadı”.
Qol.Az saytına açıqlamasında bu sözləri AZAL klubun baş məşqçisi Vaqif Sadıqov milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyunundan (0:0) danışarkən deyib.
Millimizin sabiq baş məşqçisi komandamızın qalib gələ bilməməsinin səbəblərini izah edib: “Lüksemburq etibarlı müdafiə qurmaqla qapısını toxunulmaz saxladı. Futbolçularımızın səviyyəsi buna imkan vermədi ki müdafiəni yarıb, lazım olan nəticəni əldə etsinlər. Rəqib bizi çox yaxşı təhlil edib oyunu əks hücumlarda qurmuşdu. Əfran İsmayılovun sayəsində bəzi epizodlarda rəqib qapısına yaxınlaşdıq. Ancaq futbolçularımzın fərdi ustalığı olmadığından qol vura bilmədik”.
Komandamızın Portuqaliya ilə sabahkı oyunundan da danışan mütəxəssis oyunun başqa məcrada keçəcəyini vurğulayıb: “Fərqli bir oyunun şahidi ola bilərik. Çünki Lüksemburqda rəqib müdafiə olunurdu, komandamız isə müdafiəni yara bilmirdi. Boşluqlar yox idi. Portuqaliya ilə oyunda isə rəqibimiz hücum futbolu oynayacaq. Bununla da müdafiədə boşluqlar yaranacaq. Bu boşluqlardan səmərəli istifadə etməklə lazım olan nəticəni əldə edə, əks-hücumda rəqibi tutmaqla ən azı qol vura bilərik. Buna görə cinahlar sürətli, hücum xətti kəsərli olmalıdır. Top ortada az qalmalıdır. Ötürmələri arxaya yox, ancaq qabağa etməliyik. Qapımıza qollar əsasən tam müdafiədə oturanda vurulur. Topa mərkəzdə sahib olmaq lazıdır. Müdafiəni mərkəzdən qurmaq lazımdır, qapının yanında yox. Rəqib futbolçuları hücumda çoxluq təşkil edəcək. Buna görə də müdafiə olunarkən irəlidə bir hücumçu saxlamaqla əks hücumlarda rəqibi cəzalandıra bilərik”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı