Ronaldo: "Bizi Azərbaycanla asan oyun gözləmir"

Ronaldo: "Bizi Azərbaycanla asan oyun gözləmir"
ÖLKƏ FUTBOLU 25 Mart 2013 / 11:34 3878
-  A +

Futbol üzrə Portuqaliya yığmasının və İspaniyanın “Real” klubunun hücumçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycanla oyun öncəsi müsahibə verib. Qol.Az müsahibəni təqdim edir.
 
- Çoxları belə düşünür ki, siz İsraillə oyunda qəsdən sarı vərəqə almısız ki, Azərbaycana qarşı oynamayasız. Bu, belədi?

- Boş sözlərdi. Yığma mənim ikinci evimdi. Əksinə, Bakıda oynamayacağıma görə çox məyus oldum.
 
- Oynamayacağınızı bilsəniz də, Bakıya gəlmisiz. Niyə?


- Əşyalarımı toplayıb birbaşa Madridə yollanmaq ən adi qərar olardı. Lakin Bakıya gəlməyimin komandamız üçün çox vacib olduğunu düşünürəm. Oynamasam da, əlimdən gələn köməyi etmək istəyirəm.
 
- Necə?

- Komanda il birgə məşq edirəm. Oyun zamanı isə komanda yoldaşlarıma azarkeşlik edəcəm. Yaxşı oyun sərgiləyib, qələbə qazana bilərik. Azarkeşlərimiz də bizdən bunu gözləyirlər.
 
- Azərbaycan yığmasını məğlub etmək üçün nə lazımdı?

- Bizə çox səhv etmək olmaz. İsraillə oyunumuz istədiyimiz kimi getmədi. Hələ Rusiyanı qabaqlamaq şansımız qalır. Biz ancaq bu haqda düşünməliyik.
 
- Azərbaycan yığmasının Lüksemburqa qalib gələ bilmədiyindən xəbəriniz var?

- Bəli. Əminəm ki, onlar bizə qarşı tamamilə fərqli futbol sərgiləyəcəklər. Çünki hər komanda bizə qarşı ən yaxşı oyununu sərgiləməyə çalışır. Bizi heç də asan sınaq gözləmir.

Daha çox


Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner