Berti Foqts: "Futbolçular dediklərimə əməl etsə, qalib gələcəyik"

Berti Foqts: "Futbolçular dediklərimə əməl etsə, qalib gələcəyik"
ÖLKƏ FUTBOLU 21 Mart 2013 / 16:39 3343
-  A +

DÇ-2014-ün  seçmə mərhələsində sabah Lüksemburq yığması ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın Lüksemburqda yerləşdiyi oteldə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb. Qələbə şanslarından danışan Foqts, bildirib: “ Oyunçularım dediklərimi yerinə yetirə bilsə, qələbəni biz bayram edəcəyik. Burda bəxt amili də vacibdir”.

Futbolumuzun ləng inkişaf etməsinə yenidən toxunan baş məşqçi yenə də klublardan gileylənib: “Ölkə tərəfindən futbola böyük diqqət ayrılır. Heç bir klub şəraitin olamasından şikayət edə bilməz. Ancaq klublar bu şəraitdən istifadə etmir. Çox az məşq edirlər”.

Rəqib haqqında da danışan almaniyalı çalışdırıcı Lüksemburq futbolçuları haqda müsbət fikirlər bildirib: “Rəqibimizn səviyyəli oyunçuları var. Xüsusilə hücumçuları qeyd etmək istəyirəm. Onların çoxu Avropada oynayır. Bizdə isə belə futbolçu yoxdur. Ancaq rəqibimizin də zəif tərəfləri var və bunun üzərində işləmişik”.

Berti Foqts sonda Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Daha çox


Son xəbərlər