Leonardo Roşa “İnter”ə qayıtdı

Leonardo Roşa “İnter”ə qayıtdı
ÖLKƏ FUTBOLU 20 Mart 2013 / 14:12 3998
-  A +

Braziliyalı Leonardo Roşa karyerasını yenidən Bakı “İnter”ində davam etdirəcək.

“İnter”in direktor müavini Səbuhi Səfiyarlı Qol.Az saytına bildirib ki, yarımmüdafiəçi ilə sabah müqavilə imzalanacağı gözlənilir: “Roşa dünən Bakıya gəlib. Bu gün tibbi baxışdan keçəcək. Hər şey qaydasında olsa, onunla müqavilə imzalayacağıq. Uzun müddətdir oyun təcrübəsi olmadığı üçün hələlik qarşıdakı görüşlərdə onun iştirak edib-etməyəcəyi bilinmir”.

Qeyd edək ki,  Roşa “İnter”dən başqa “Standart” və “Bakı”da da oynayıb. Onun Azərbaycanda son klubu “Qarabağ” olub.

Daha çox


Son xəbərlər