Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts martın 22-də Lüksemburqa qarşı keçiriləcək dünya çempionatının seçmə oyunu ərəfəsində "Luxemburger Wort" qəzetinə müsahibə verib. Qol.Az saytı müsahibəni təqdim edir
- Bu seçmə mərhələdə Azərbaycan millisinin qarşısına hansı vəzifələr qoyulub?
- Bizim komanda gəncdir. Bir çox yaşlı futbolçu ilə yolları ayırmışıq. İstəyimiz 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılmaqdır. Həmin yarışda ilk dəfə olaraq 24 komanda iştirak edəcək. Azərbaycan millisinin “Avro-2016”yə getmək şansı var. Cari seçmə mərhələdə biz evdə yalnız İsraillə oynamışıq. Həmin görüşdə çox yaxşı da çıxış etdik. Hesab edirəm ki, evdə bir neçə oyun keçirəcəyimizi nəzərə alsaq, bu dəfə daha çox xal toplamağımız realdır.
- Bəs, seçmə mərhələdə keçirdiyiniz digər oyunlarla bağlı nə deyərdiniz?
- Biz güclü Rusiya millisinə 86-cı dəqiqədə buraxdığımız qola görə uduzduq. Qapımıza penalti təyin edilməsəydi, bu baş verməyəcəkdi. Rusiya ilə oyun Azərbaycan üçün prinsipialdır. Çünki ruslar yüz ildən çox Azərbaycanı işğal və təzyiq altında saxlayıb.
Şimali İrlandiyaya gəlincə, həmin komandayla görüşdə hesabda irəlidə olsaq da, 96-cı dəqiqədə qol buraxdıq. Hazırda bizim iki xalımız var. Amma daha çox olmalıydı.
- Növbəti rəqibiniz isə zəif Lüksemburq millisidir.
- Dayanın! Biz Lüksemburqu başqa cür qiymətləndiririk. Lüksemburq və Azərbaycan milli komandaları bərabər səviyyədədirlər. Şanslar 50/50-dir.
- Siz Lüksemburq futboluna yaxşı bələdsiniz?
- Mənim Almaniyada yaşadığım şəhər Lüksemburdan çox da uzaqda deyil. Lüksemburqun Maltaya qarşı oyununu izləmişəm. Futbolçularını tanıyıram. Bundan başqa, mənim klubum olan Münhenqladbax “Borussiya”sı Lüksemburqun bir neçə gənc oyunçusu ilə maraqlanırdı.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı