Milli komandamızın və “Qəbələ” klubunun qapıçısı Anar Nəzirov DÇ-2014-ün Lüksümburq və Portuqaliya ilə oyunları ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Millimizin qarşıdan gələn oyunları haqda fikirlərini bilmək istərdik.
- Birinci oyunumuz səfərdə Lüksemburqladır. Oyuna ciddi hazırlaşırıq. Yaxşı nəticə ilə qayıtmaq istəyirik. Hamımız həvəslə çalışırıq. İnşallah, səfərdə yaxşı oyun göstərib xalla dönəcəyimizə inanırıq.
- Komandamızın heyəti haqda nə deyə bilərsən? Milliyə çağrılan futbolçular Lüksemburq və Portuqaliyaya qarşı inamlı oyun göstərə bilərlər?
- Əgər Berti Foqts bu futbolçulara etimad göstəribsə, deməli, yaxşı futbolçulardır. Həqiqətən hazırda ideal heyətimiz var. Hamısı dərk edir ki, bu etimadı doğrultmaq lazımdır. Ona görə də çıxıb meydanda özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
- Lüksemburqla oyunda qarşınıza konkret hansı məqsəd qoyulub?
- Biz Lüksemburqla bir qrupa düşdüyümüzə sevindiyimiz kimi, onlar da bizə qarşı oynayacaqlarına sevinir. Onlar da bizi güclü saymır. Axırıncı oyunlarda yaxşı oyun göstəriblər. Yoldaşlıq oyununda Ermənistanla 1:1 hesablı heç-heçə ediblər. Eləcə də Portuqaliya və Şimali İrlandiya ilə yaxşı oyun nümayiş etdiriblər. Bilirik ki, ev oyunlarında yaxşı təsir bağışlayırlar. Yəni bizdə onları zəif saymamalıyıq. Ancaq bizim əsas məqsədimiz Lüksemburqdan qələbə ilə qayıdım xalqımızı sevindirməkdir.
- Səncə start heyətdə yer ala bilərsən?
- Üç qapıçı çağrılıb. Kamran, Səlahət və mən. Məncə, hər birimiz millimizin qapısını qorumağa layiqiq. Hələ ki, baş məşqçi kimin oynayacağını bildirmir. Çünki, belə də olmalıdır ki, hər birimiz sona qədər məşq edək. Hansımıza şans verilsə əlimizdən gələn qədər qapını toxunulmaz saxlayacağıq.
- Bəs, Portuqaliya oyunundan nə gözləmək olar?
- Qrupda ən çətin rəqibimiz Portuqaliyadır. Ancaq biz rəqibə yox, öz oyunumuza fikir verməliyik. Keçən oyun səfərdə Portuqaliya ilə 60 dəqiqə yaxşı mübarızə apardıq. İndi isə öz meydanımızda oynayırıq. Hamıya məlumdur ki, doğma meydanda istənilən rəqibə qarşı əzmlə çıxş edirik. Lüksemburqla oyunda yaxşı nəticə qazansaq, Portuqaliya ilə oyun bir qədər də asanlaşacaq.
- Bilirsən ki, Portuqaliya ilə oyunda qapıçın üzərinə çox iş düşəcək.
- Bu komanda ilə səfər meydanında bunun şahidi olduq. Kamran Ağayev dəfələrlə komandamızı real qoldan xilas etdi. Bu oyunda da tək qapıçı yox, bütün komandamız rəqibə qarşı inamla mübarizə aparsa, yaxşı nəticə qazanmaq olar.
- Rəqibin güclü hücumçuları var. Bunların zərbələri qarşısı almaq çətin olmayacaq?
- Portuqaliyanın hər bir futbolçusu tanınmış, güclü oyunçudur. Bu komndaya qarşı açıq futbol oynamaq olmaz. Çünki dediyin kimi onlarda elə hücumçular var ki, bir səhvi belə bağışlamır. Ehtiyatlı oynamalıyıq. Bu mənim fikrimdir. Baş məqşçi hansı taktikanı seçsə ona əməl edəcəyik. Ancaq onu da deyim ki, qapıçı üçün hansı komandanın olmasının fərqi yoxdur. Hər oyunda qapını maksimum qorumağa şalışırıq. Düzdür, hardasa fikirləşə bilərik ki, bizə qarşı məşhur Ronaldo oynayır. Ancaq qapıda səhvsiz olsaq, onu da zərərsizləşdirə bilərik.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı