"Millimiz Portuqaliyadan xal almaq gücündədir"

"Millimiz Portuqaliyadan xal almaq gücündədir"
ÖLKƏ FUTBOLU 19 Mart 2013 / 00:01 3343
-  A +

Milli komandamızın və “Simurq” klubunun müdafiəçisi Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi

-Milli komandamızın qarşıdan gələn Lüksemburq və Portuqaliya ilə oyunu haqda nə deyə bilərsən?

- Oyunlara yaxşı hazırlaşırıq. Gündə iki dəfə məşq edirik. Futbolçular hamısı oyuna yaxşı köklənib. İlk oyunumuz Lüksemburqladır. Taktiki cəhətdən də yaxşı hazırlaşmışıq.  Çalışacağıq, səfərdən yaxşı nəticə ilə qayıdaq.

- Komandamızın son yoxlama oyunu nə deməyə əsas verir? Lüksemburqa qalib gələ bilərik?

- Nəinki Lüksemburqla, bütün oyunlarda meydana çıxanda qələbəyə köklənməliyik. Qələbə qazanmaq üçün birinci onu ürəkdən istəmək lazımdır. Niyə də qalib gəlməyək?

- Portuqaliya ilə oyundan nə gözləmək olar?

- Portuqaliya çox güclü komandadır. Avropanın ən yaxşı komandalırından biridir. Lüksemburqla oyunda qalib gəlsək, inanıram ki, Portuqaliya ilə oyundan yaxşı nəticə qazanacağıq.

- Rəqibə sürpriz etmək gücündəyik?

- Hər bir nəticə qeydə alına bilər. Futbolda hər şey olur. Millimizin hazırkı heyəti Portuqaliyadan xal almaq gücündədir.

- Rəqibin Ronaldo kimi güclü hücumçusu var. Bir müdafiəçi kimi onu zərərsizləşdirmək siz müdafiəçilərin  üzərinə düşəcək. Bunu bacara biləcəyinə inanırsanmı?

- Ronaldonu bütün dünya tanıyır. Bilirəm ki, təhlükəli hücumçudur.  Baş məşqçinin bu haqda göstərişləri olacaq. Nə tapşırıq versə, ona əməl edəcəyik. Ronaldonu zərərsizləşdirə bilsək, işimiz çətin olmayacaq.

- "Simurq" rəhbərliyi tərəfindən cəzalandırılmısan. Hətta əvəzedici komandada oynayacağın haqda xəbərlər var. Bu məsələylə bağlı açıqlama verərdin.

- Bu söhbəti qabartmaq istəmirəm. Hazırda ancaq milli komandamızın oyunlarını düşünürəm. Bu oyunları yola verdikdən sonra gedib rəhbərliklə konkret söhbət edəcəyəm.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər