Hazırda “Qarabağ”la birgə Türkiyənin Antalya vilayətində təıim-məşq toplanışında olan Ağdam klubunun futbolçusu İlqar Qurbanov Qol.Az saytının suallarını cavablandırıb
- "Qarabağ" keçirdiyi son iki yoxlama qələbə qazana bilməyib. Buna səbəb nədir?
- Təlim-məşq toplanışında nəticələr çox vacib deyil. Əsas fiziki forma yığmaq və çempionata hazır olmaqdır.
- Səncə, “Qarabağ” bugünkü durumda çempionata hazırdır?
- Hələ qarşıda iki oyun var. İnaniram ki, komandamız bundan sonra tam formasını bərpa edəcək.
- Bəs öz hazırlıq vəziyyətindən razısan?
- Allaha şükür yaxşıyam. Hazırlıq prosesi mənim üçün yaxşı keçir.
- Deyəsən, baş məşqçiniz sənin mövqeyində dəyişiklik edib. Əvvəl müdafiədə oynayırdın, indi yarımmüdafiəyə keçmisən.
- Yeri gələndə hər iki mövqedə oynayıram.
- Amma razılaş ki, sənin üçün yarımmüdafiə daha doğmadır.
- Dəmək olmaz ki, mütamadi olaraq bir mövqedə oynayıram.
- Bir ara demişdin ki, bircə qapıçı durmamısan.
- Hansı mövqedə ehtiyac olur, mən də oynayıram. Çunki universal futbolçuyam.
- Fərz edək ki, əvəzetmələrin hamısı gerçəkləşir, qapıçı isə zədə alır. Bu zaman meydanda olan futbolçulardan birini, səni baş məşqçiniz qapıya göndərir. Qapıda durmağın öhdəsindən gələ bilərsən?
- Əlimdən gələni edərəm. İstəsəm, qapıçı da duraram. Amma inşallah, belə vəziyyət yaranmaz.
- Komandanızın yeni transferləri sənə necə təsir bağışlayır?
- Yaxşıdrılar, həvəslidirlər. İnşallah, bizə kömək edərlər.
- Amma Branimir Subaşiç yaxşı formada olmadığını, Qurban Qurbanov isə Torresin lazimi forma yığmadığını bildirib.
- Mən demədim ki, onlar formadadırlar. Həvəsli olduqlarını söylədim.
- Səncə, Subaşiçdən sonra komandanıza əlavə daha bir hücumçu gərək deyilmi?
- Mənim buna fikir bildirməyim doğru deyil. Bu, bas məşqçinin işidir. Biz futbolçular belə məsələlərə qarışa bilmərik.
- İlqar, Qurban Qurbanov transfer edəndə futbolçularla məsləhətləşmir? Deyək ki, komandanın kapitanı ilə?
- Bunu bilmirəm. Amma transferlərə həmişə məsqşçilər korpusu məsləhətləşdikdən qərar verirlır. Məncə, futbolçu bu işlərə qarışmaz.
- Transferdən söhbət düşmüşkən... Türkiyədə sənin üçün yaxşı keçməyən günlərdən sonra "Qarabağ"da bir qədər özünə gəldin. Ağdam komandasından getmək haqda düşünmüsən?
- Əslində, “Mersin İdmanyurdun”da mənim oyunum yaxşi idi. Amma “Qarabağ”da öz formamı daha da topladım. Mənə indi də təkliflər var. Buna baxmayaraq, bu komandadan ayrılmaq fikrim yoxdur. Çünki Qurban Qurbanovdan öyrənəcəyim çox şey var.
- Futbolçu karyeranın sonuna qədər Qurban Qurbanovun rəhbərliyi altında oynayacaqsan?
- Qala bildiyim qədər “Qarabağ”da qalmaq istəyirəm. Amma xaricdən mənə və “Qarabağ”a sərfəli təklif gəlsə, o zaman fikirləşmək olar. Onu da deyim ki, mən yalnız Qurban müllimin məsləhəti və xeyir-duası ilə hərəkət edərəm.
- Gələk, "Qarabağ"a... Komandandan bu mövsüm nə gözləyirsən? Çempionluq, yoxsa Avroliqaya vəsiqə verən yerlerdən birini tutmaq?
- İnşallah, çempion olmaq istəyirəm. Avroliqanı duşunmək tezdir.
- Bəs, çempionluğu düşünmək tez deyil?
- Yox.
- Çempion olacağınızı iddia edirsən?
- Bunu Allah bilir. Amma çalışırıq ki, çempion olaq.
- Niyə bizim futbolçuların böyük əksəriyyəti "çalışırıq", "çalışacağıq" kimi sözlərdən tez-tez istifadə edir? Sən də daxil olmaqla heç biriniz, xaricdəki həmkarlarınızdan fərqli olaraq, əminliklə danışmırsınız.
- Bu, futbolun yazılmamış qanunudur. Əvvəlcən nə olacağını bilmək olmur.
- Söhbətimizi məşqçilər haqda sualla bitirmək istəyirəm. Böyükağa Hacıyevə münasibətin necədir?
- Çox yaxşı.
- Onun mediaya verdiyi açıqlamaları bəyənirsən?
- Bəyəndiklərim olur.
- Bəs bəyənmədiklərin hansılardır? "Qarabağ" haqda dedikləri?
- Mən mediadakı xəbərləri çox oxumuram.
- Elə isə sirr deyilsə, internetdə əsasən nə işlə məşğul olursan?
- Xaricdə yaşayan dostlarımla danışıram.
- Yaxşı, onda biz deyək. Böyükağa Hacıyev bildirir ki, "Qarabağ" onlara rəqib deyil.
- Eyni çempionatda oynayırıq. Rəqibin olmaması mümkünsüzdür.
- Bir az da konkretləşdirim, o söyləyir ki, Azərbaycan çempionatında "Neftçi"nin bir rəqibi varsa, o da "Neftçi" özüdür...
- O, bu fikri deyə bilər. Amma doğru deyil.
- Sənə hazırda Berti Foqtsdan sual verəndə buna necə yanaşırsan?
- Eyni şeyləri təkrar etmək istəmirəm. Onsuz da milliyə çağırılmıram. Ona görə də danışmağın mənası yoxdur.
- Milliyə dəvət ediləcəyinə ümidin qalmayıb?
- Bu haqda fikirləşmirəm.
Ümid AYXAN
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti