Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadovun Qol.Az saytına müsahibəsi
-Klublarımızın təlim-məşq toplanışını necə qiymətləndirirsiniz?
-Görmədiyim şey haqqında danışmaq bir az çətindir. Oyunlara baxa bilmirik. Amma sonradan nəticələri öyrənirik. Sevindirici haldır ki, klublarımız güclü klublarla qarşılaşırlar. Belə klublarla oyunlarda səhvlərini görürlər və aradan qaldırırlar. Həmçinin hansı mövqelərə oyunçu lazımdırsa onu müəyyən edirlər.
- Siz güclü klublar deyirsiniz. Amma bizimkilər çox güclü komandalarla qarşılaşmayıblar.
- “Neftçi” güclü “Rotor”la klubu ilə oynayıb. “Xəzər Lənkəran” Rumıniya klubu ilə oynayıb. Antalyanı mən yaxşı tanıyıram. İlk dəfə Azərbaycandan ora baş məşqçi kimi mən komanda aparmışam. Gərək klubları əvvəldən seçəsən. Nəzərə alaq ki, Rumıniya, Rusiya və Bolqarıstanda çempionat başlamayıb. Ona görə də bu ölkələrin klubları ilə oynamalı oluruq. İngiltərə, İspaniya, Almaniya kimi ölkələrdə çempionat başlayıb. Onlarla oynaya bilmərik. Mən Antalyaya getməzdən bi ay əvvəldən ora nümayəndəmi göndərirdim və təqvimimi qururdum.
- Komandalarımızın qış transferlərini dəyərləndirərdiniz?
- Mənə elə gəlir ən yaxşı transferləri Rauf Əliyev və Kamran Ağayevi “Bakı” həyata keçirdi.
- Onların “Bakı”da adaptasiya olunması çətin olmayacaq?
- “Bakı” ilə “Qarabağ”ın oyun üslubunda fərq var. Rauf üçün biraz vaxt lazım olacaq. Kamran üçün isə elə də fərqi yoxdur. Çünki qapıçıya hansı klubda oynaması elə də fərq etmir. Qışda transfer həyata keçirmək qışda ağırdır. Çünki oyunçuların çoxunun müqaviləsi olur. Bu da klublara əlavə problem yaradır. Mənim fikrimcə, hər klubda transfer siyasəti aparmaq üçün şöbə olmalıdır. Bu şöbədə yerli futbolçular üçün ayrı, xarici futbolççular üçün ayrı şəxslər transfer işlərini aparmalıdır.
- Branimir Subaşiçin “Qarabağ”a keçidi haqda nə fikirdəsiniz?
-Allah xeyir versin. Mən heç vaxt komandalar haqda pis fikir söyləmək istəməmişəm. Bütün klublarımız bilir nə edir. “Qarabağ”a qol vuran oyunçu lazımdır. Bunu hamı bilir. Yəqin “Qarabağ”da bunu Subaşiçdə görüb. Subaşiçi ilk dəfə “Neftçi”yə mən gətirmişəm. Onda yaxşı formada idi. Belə oyunçuların özündən çox şey asılıdır. Çünki onların potensialı var. Çalışsalar qol vurarlar. “Qarabağ”da da kifayət qədər qol vəziyyəti yaradan oyunçular var.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi