“Turan”ın sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyevin iki ilə yaxındır xəstə olması və hazırda müalicə alması futbol ictimaiyyətinə və azarkeşlərə məlumdur. Bu haqda son günlər idman mətbuatında kifayət qədər informasiyalar dərc olunub. Xəbəri ilk olaraq gündəmə gətirən “Futbol+” qəzeti hətta saylarının birində əslən tovuzlu olan bir neçə futbolçu ilə əlaqə saxlayaraq, onların idmançı kimi yetişməsində rolu olmuş Sakit Alıyevə hər hansı kömək göstərib-göstərməmələri ilə bağlı araşdırma dərc etmişdi. Əslində bu elə bir mövzudu ki, onu bir yazı ilə bitirmək olmaz. “Het-trik news” qəzeti bir qədər gec olsa da, sözügedən məsələyə yer ayırıb.
Qəzetin məqsədi təkcə Sakit Alıyevlə hal-əhval tutmaq deyil, həm də vaxtilə şərəfini qoruduğu “Turan” futbol klubunun və rayon rəhbərliyinin biganəliyini aydınlaşdırmaq olub.
Yazını qısa ixtisarla təqdim edirik.
- Sakit müəllim, necəsiniz?
– İndi özümü normal hiss edirəm. Həkimlər əsəbləşməməyi, təmiz havada olmağımı məsləhət görüblər. Uşaq vaxtı başımdan butsi ilə güclü zərbə almışdım. Ola bilsin onun təsiri indi üzə çıxıb, ola bilsin başqa səbəbdən meydana gəlib. Konkret diaqnoz qoyulmayıb. Allah qoysa, yaxın aylarda mənə xəstəlik haqqında yazılı məlumat veriləcək. Fürsətdən istifadə edib, məni müalicə edən həm Azərbaycandakı, həm də Rusiyadakı həkimlərə təşəkkürümü bildirirəm. 99 faiz o dünyalıq idim. Şükür Allaha götürülən müalicələr öz bəhrəsini verir. Amma hələ bir müddət də davam eləməlidi. Cəmi iki müalicəm qalıb. Görək sonrası necə olacaq.
– Mətbuata verdiyiniz açıqlamalarda Sizinlə heç kimin maraqlanmadığını demişdiniz. Heç olmasa gedən yazılardan sonra kiminsə yadına düşmüsünüzmü?
– Yox. İki ilə yaxın kim maraqlanırdısa, kim halımdan pərişan idisə, elə onlardan başqa bir nəfər belə əlaqə saxlamayıb. Tovuz futboluna, Azərbaycan futboluna bu qədər can qoymuşam. Həm futbolçu, həm də məşqçi kimi. 5 il Rusiyada – SSRİ çempionatının 2-ci dəstəsində çıxış edən Oryol “Spartak”ında futbol oynamışam. Komandanın vitse-kapitanı olmuşam. 13 il “Turan”da həm futbolçu, həm də məşqçi kimi işləmişəm. Bu müddət ərzində Tovuz futboluna, Azərbaycan futboluna əlimdən gələn qədər kömək etməyə çalışmışam. “Turan”da ən çox oyun keçirən futbolçuyam. O vaxtlar adıma həmişə simvolik “11”də rast gəlinirdi. Bir çox yerli futbolçuların üzə çıxmağında əməyim olub. Minnət kimi demirəm, bu, mənim borcumdu. İndən belə, sağlıq olsun, yenə də futbolumuza nə qədər bacarıramsa, canla-başla xidmət göstərməyə hazıram. İndi belə bir vəziyyətdə istər klub, istərsə də futbol ictimaiyyəti tərəfindən yada salınmamağım mənə ağır gəlir.
– Bəs maraqlananlar kimlərdi?
– Əksəriyyəti futbola bağlı olmayan insanlardır. Köhnələrdən – indi də komandada işləyən İman Həsənov, vaxtilə “Məhsul”da oynamış Akif Tağıyev, Tahir müəllim, “Turan”dan komanda yoldaşım olmuş Elxan Abdıyev, Eltay Aslanov və bir-iki nəfər də başqasını çıxmaq şərtilə demək olar ki, heç kim.
– Bir vaxtlar çox yaxın olduğunuz Nizami Sadıxov necə?
– Yox.
– Bəs tələbələrinizdən?
– Allah canlarını sağ eləsin! Bir neçəsi əlaqə saxlayır. Hal-əhval tutur.
– Kömək məqsədilə kiməsə müraciət eləmisinizmi?
– Tanıyanlar necə insan olduğumu yaxşı bilirlər. Kiməsə kömək üçün ağız açmaq mənə yaddır.
– Yenidən Sizi stadionlarda nə vaxt görə biləcəyik?
– Bayaq da dedim ki, 2 ilə yaxındır xəstəyəm. Müalicəm davam edir. Mənim vəzifəm bir məşqçi kimi Azərbaycan futboluna xidmət göstərməkdir. İnşallah, vəziyyətim normallaşandan sonra nəyə qadir olduğumu yenidən sübut edəcəm.
Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov və “Turan”ın vitse –prezidenti Namiq Məstanovla da əlaqə saxladıq. Məqsədimiz həm rayon rəhbərliyi, həm də klub tərəfindən veteran futbolçuya biganə yanaşmanın səbəblərini aydınlaşdırmaq idi. Əvvəl Sahib müəllimin fikirləri ilə tanış olun:
– Sahib müəllim, yəqin ki, Sakit Alıyevi tanıyırsınız?
– Əlbəttə tanıyıram. Sakit Alıyev tanınmış futbolçu olub, onun futbolumuza göstərdiyi xidmətləri heç kim danmır.
– Bəs onda niyə rəhbərlik tərəfindən heç kim onunla maraqlanmır?
– Bilirsiniz, mən hazırda məzuniyyətdəyəm. 10-12 günə işə qayıdacam. Onun özü ilə əlaqə saxlamasaq da, bilirik ki, müalicəsi müsbət nəticələr verir. Allahın köməyi ilə müalicəsini başa çatdırar. O ki qaldı maddi köməkliyə, bu, bizim səlahiyyətimiz daxilində deyil. – Heç olmasa, sözükeçən bir şəxs kimi klub rəhbərliyi qarşısında bu haqda məsələ qaldırmaq olardı. Ən azından veteran futbolçuya belə biganəlik haqsızlıqdı. – Hamıya bəllidir ki, hazırda “Turan”ın maliyyə vəziyyəti ürəkaçan deyil. Buna baxmayaraq, yəqin ki, məzuniyyətdən qayıdandan sonra bu haqda klubda məsləhətləşmələr apararıq. İmkan dairəsində köməklik göstərməyə çalışarıq.
Sahib müəllimdən fərqli olaraq “Turan”ın vitse-prezidenti Namiq Məstanovla bir qədər ətraflı söhbət edə bildik:
– Sakit Azərbaycan futbolunda öz adını qoyan futbolçulardandı. Uzun müddət “Turan”da oynayıb, məşqçi kimi fəaliyyət göstərib. Təəssüf ki, indi belə bir vəziyyətdədir.
– Siz özünüz “Turan”ın vitse-prezidenti kimi onunla əlaqə saxlamısınızmı?
– Düzü, yox. Sakitin başına iki il əvvəl bu hadisələr gələndə Bakıda idim. Mənə İman Həsənov məlumat verdi. İman Allah şahididir, dedim Allah onu gəncliyinə, balalarına bağışlasın. İstəməzdim onun başından bir tük əskik olsun. “Turan”a qayıdandan sonra bir-iki dəfə xeyirdə-şərdə rastlaşmışıq.
– Sakit Alıyevlə aranızda soyuq münasibətin olması heç kimə sirr deyil.
– O vaxt mən “Turan”a gələndə camaat arasında belə söz-söhbət çıxdı ki, güya onun komandadan getməsində mənim əməyim olub. Vallah, bunlar hamısı dedi-qodudan başqa bir şey deyildi. Nə Sakit məndən asılı idi, nə də mən Sakitdən. Nə gizlədim, elə o vaxtdan münasibətlərimizdə soyuqluq var. Amma bu soyuqluq o demək deyil ki, mən qisas alıram. Qardaşı Vəkil indi də bizdə komandada işləyir. Bacısıoğlu Elmxan komandanın futbolçusudur. Mən kluba vitse-prezident gələndən sonra əsas komandaya cəlb elədim, orada məşqlərini davam etdirir, maaş almasına köməklik göstərdim. İstəsəniz, özünüz soruşa bilərsiniz, Vəkil ilə də bu haqda söhbətlərim olub. Ona da mənim Sakitlə heç bir ədavətimin olmadığını bildirmişəm.
– Futbolumuzda öz sözünü demiş bir adam kimi Sakit Alıyevə klub tərəfindən hər hansı bir yardım göstərmək düzgün olmazdımı?
– Biz tərəflərdə belə bir məsəl var – “Nə umursan bacından? Bacın ölür acından!” “Turan” elə bir vəziyyətdədir ki, onun özünə kömək lazımdı. Bunu bütün futbol ictimaiyyəti bilir. Həm də Sakit elə çıxılmaz vəziyyətdə deyil. Şükürlər olsun, sağalmaz xəstəliyə düçar olmayıb, Allah eləməmiş, nə də əlil arabasında gəzir ki, biz ona yardım göstərək. Biz xeyir-şər adamlarıyıq, neçə dəfə xeyirdə, şərdə üz-üzə gəlmişik, onu rayonda gəzəndə, maşın sürəndə görmüşəm. Sakit kimi veteran futbolçularımız çoxdur. İstərdik klubun maliyyə vəziyyəti yaxşı olsun, lazım olanda onlara yardım göstərə bilək. Amma heyf ki. belə deyil.
– Ən azından klub tərəfindən başqa instansiyalara, o cümlədən AFFA-ya, Veteranlar İttifaqına müraciət eləmək olar.
– Əgər Sakit Alıyev kömək məqsədilə kluba müraciət edərsə, müxtəlif yerlərə müraciət ünvanlaya bilərik. Səmimi sözümdü, şəxsi münasibətlrimizə baxmayaraq, şəxsən özüm bu işin arxasında sona kimi durmağa hazıram.
– Sakit Alıyevin yenidən “Turan”a qayıtması nə dərəcədə realdı?
– Niyə də qayıtmasın? Sakit kimi mütəxəssislərə ehtiyacımız var. Mən özüm 1996-2007-ci ildə “Turan”da işləmişəm. Sonradan 5 il klubdan aralı düşdüm. İndi yenə Tovuzdayam. Sakit də həmçinin. Müxtəlif vaxtlarda fasilələrlə “Turan”da çalışıb, zəhmət çəkib. Yenidən onun kluba qayıtmasında problem görmürəm. Yeganə problem onun səhhəti ilə bağlıdır. Allahın köməyi ilə onu da arxada qoyar.
İlqar VAQİFOĞLU,
“Hett-trik news” qəzeti
P.S. Sakit Alıyevin vəziyyəti ilə bağlı həm Veteranlar İttifaqının sədri Oqtay Abdullayevlə, həm də AFFA-da səlahiyyətli şəxslərin bir neçəsi ilə əlaqə saxlamaq cəhdimiz uğursuz alındı. Növbəti saylarımızda mövzuya yenidən qayıdcağıq.
P.P.S. Xəstəlik Sakit Alıyevin yaddaşına da əməlli-başlı təsir göstərib. Bunu söhbət əsnasında hiss elədim. Vaxtilə “Turan”da onunla oynadığımı, hər dəfə Tovuza gedəndə dərdləşdiyimizi xatırlatsam da, məni tanımadı, hətta adi şeyləri tez-tez yanındakı şəxsdən soruşurdu. Düzü, özü də yaddaşında olan problemləri etiraf etdi. Bizdən eybi yoxdu, əsas odu, Sakit Alıyev unudulmasın.
Ançelotti: "Heç kəs mənə bununla bağlı məsləhət verə bilməz"
"Füzuli" - "Saatlı-Araz" matçından - Video
"İnter Mayami" rəsmən yeni baş məşqçisini açıqladı
"Şəki Siti"nin "Dinamo" üzərində qələbəsindən - Video
"Mançester Yunayted" Kvaratsxeliya ilə maraqlanır
"Lerik" - "Kür-Araz" matçında vurulan 6 qol - Video
2-ci liqada 10-cu turun oyunları keçirildi
"Barselona"da daha bir itki
Millimizin Rusiya ilə oyunlarının hakimləri bilindi
30 yaşdan sonra 450 qol
"Neftçi" legioneri ilə yolları ayırdı
Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq
"Qarabağ"ın prezidentindən iddialı açıqlama
“Karvan” - “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Cüneyt Çakır "Qarabağ"ın oyununa gəlir
Azərbaycanın daha bir millisindən biabırçı nəticə
AFFA Premyer Liqa klublarını cərimələdi
Enrike: "PSJ-nin ÇL-dəki nəticələri ədalətsizdir"
"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər
Miçel bütün həmkarlarını qabaqladı
"Qarabağ" - "Lion" oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÇL-in oyunları bu kanallarda
La Liqada ayın ən yaxşısı açıqlandı
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı
"Bavariya" PSJ-yə, "Mançester Siti" "Feyenoord"a qarşı
Mustafayevin komandasından heç-heçə
Belarusda çempion müəyyənləşdi
“Trabzonspor” autsayderi darmadağın etdi
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
AFFA rəsmisi mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?