“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Komandanızın hazırlıq prosesi necə gedir?
- “Kəpəz”də vəziyyəti ürəkaçan saymaq olmaz. Çempionata hazır deyilik. Heyətlə bağlı çatışmazlıqlar var. Komandanı hələ qura bilməmişik. Axtardığımız futbolçuları tapa bilməmişik.
- Konkret hansı mövqeyə futbolçu lazımdır?
- Demək olar ki, bütün mövqelərə. Oyunçularımız var. Amma onlar bizim istəyimizə cavab vermirlər.
- Çempionatda fasilə yarananda komandanızdakı əcnəbi futbolçuların hamısı ilə yolları ayırdınız. Amma indi “Kəpəz”də baxışda yenə xaricdən oyunçular var.
- Bir neçə futbolçunu göndərdik ki, əvəzinə yeni futbolçuları baxışdan keçirək. Baxışdakı futbolçuların da çoxu gedən futbolçulardan fərqlənmirlər. Klubun imkanı daxilində oyunçular çağırmışıq. Bizdə elə oyunçu yoxdur ki, 3-4 min pul alsın. Maddi imkanımız nəyə çatır, ona uyğun oyunçular alacağıq.
- Bəs yerli futbolçulara üstünlük verəcəksiniz?
- Yerli futbolçulara həmişəki kimi üstünlük verməyə çalışacağıq. “Sumqayıt”la yoldaşlıq görüşündən sonra kimin qalıb, kimin gedəcəyinə qərar verəcəyik.
- Baxışda olan futbolçulardan bəyəndikləriniz var?
- Hələlik yalnız rusiyalı futbolçu Vladislav Serebryakovla müqavilə bağlamışıq. Yenə deyirəm, istəyirik, yerli perespektivli futbolçulara üstünlük verək. Təəssüf ki, yerli futbolçularımızdan istədiyimiz oyunu görə bilmirik.
- “Kəpəz” qış fasiləsindən sonra ev oyunlarını Bakıda, süni örtüklü “Dalğa Arena”da keçirəcək. Buna münasibətiniz necədir?
- Belə qərar verildi ki, orda oynayaq. Belə olmamalı idi. Lakin real durumu da nəzərə almaq lazımdır. Gəncə stadionunda meydançanın vəziyyəti əlverişsiz olduğundan buna məcbur qaldıq
- Siz həmişə süni örtüklü meydançadan gileylənmisiniz. Bu baxımdan “Dalğa Arena”da oynamaq komandanız üçün çətin olmayacaq?
- Süni örtüyə öyrəşmək üçün vaxt lazımdır. Bizim üçün çətin olacaq. Hər komanda təbii örtükdən süni örtüyə keçəndə oynaya bilmir. Süni örtükdə oynayanda köhnə zədələr üzə çıxır.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi