"Rəvan"ın polşalı qapıçısı Lukaş Sapela qış fasiləsiylə əlaqədar yollandığı vətənində maraqlı müsahibə verib. Polşa mətbuatına açıqlamasında 30 yaşlı qolkiper həm klubundan, həm də paytaxtımız Bakıdan razılığını ifadə edib.
- Əvvəlcə zədən barədə danışardın. Bu necə baş verdi?
- "Rəvan”dakı 3-cü matçımın 20-ci dəqiqəsində ayağım qırıldı. Müdafiəçimiz bir az ləngidi və mən irəli şığıdım. Rəqiblə toqquşmada ayağım sındı. Çox küt ağrılar var idi. Lakin mən o qədər iddialıyam ki, məşqçidən əvəzlənməyimi istəmədim. Fasiləyə kimi belə davam etdim və qol da buraxmadım. Hətta 2-ci hissəyə də çıxmaq istəyirdim. Lakin ayaqlarım sözümə qulaq asmadı. 3 gün sonra isə sınıq ayaqla məşqlərə başlamaq istədim. Ağrılardan əziyyət çəkdiyimdən klubun həkimi ilə xəstəxanaya getdim. Onda məlum oldu ki, ayağım qırılıb. Hirsimdən qapıya elə yumruq vurdum ki, həkim də qorxdu. Sonra isə oturub ağladım”.
- Yəni ayağının sındığını ilk gündən bilmirdin?
- Xeyr. Mən məşqlərdə iştirak edirdim. Düşünürdüm ki, hər şey tezliklə yoluna düşəcək.
- Sizin oyunlara cəmi 250 nəfər adam gəlir. Bu dəhşətli göstərici deyil?
- Elədi. Futbol azarkeşlər üçün oynanılsa da, orda belə problemlər var. Bu mövsüm "Neftçi” Avropa Liqasında çıxış edəndə onların oyunlarına 15-20 minə yaxın tamaşaçı gəlirdi. Elə yığmanın da oyunlarına maraq böyükdü. Sadəcə, çempionat matçlarına maraq azdı. Ancaq inanın ki, iki ildən sonra hər şey tam fərqli olacaq.
- Polşada belə söhbətlər dolaşırdı ki, Sapela ilə Burxardt ("Simurq”un polşalı hücumçusu) üçüncü dünyaya gedib...
- Üçüncü dünya? Bu nə deməkdi? Bakıda normal yaşamaq üçün hər şey var. Paytaxtda 2-4 milyon aralığında insan yaşayır.
- Bu düzdü ki, Azərbaycanda daha çox süni örtüklü meydançalarda oynayırlar?
- Bəli. Bizim də stadionumuz süni örtüklüdü. Əlbəttə, bu zədə almaq riskini artırır. Amma Bakının iqlimi ilə təbii ot örtüyünü il boyu normal qaydada saxlamaq çox çətindi.
- Maliyyə problemi yoxdu?
- Xeyr. "Rəvan” həmişə məvacibləri vaxtında ödəyir. David Petrkeviçin oynadığı "Simurq”da da hər şey qaydasındadı.
- Polşadakından daha yaxşı pul verirlər?
- Bizim klublarda böyük problemlər var. Ona görə də yayda mənə dəvət gələndə, Azərbaycan klubunu seçməyə qərar verdim.
- Azərbaycanda səni daha nə təəccübləndirdi?
- Polşada oyundan sonra bir neçə bakal pivə içməyə adət etmişdik. Amma Azərbaycanda vəziyyət fəqlidi. Yerli futbolçular əsasən çay içməyə üstünlük verirlər. Bəziləri qəlyan çəkməyə çalışır, bəziləri isə məscidlərə gedirlər.
- Azərbaycan futbolunun əsas problemi nədi?
- Mən Azərbaycan futbolunun Polşadakından geri qaldığını iddia edə bilmərəm. Deyin, cari mövsüm Polşanı avrokubokların qrup mərhələsində hansısa komanda təmsil edirdi? Yox. Amma Azərbaycan "Neftçi”nin çıxışı ilə nəfəs alırdı. İki il sonra bu ölkənin futbolu daha da güclənəcək. Sadəcə, burada çox emosional hakimlər var. Biz polşalı referilərdən narazı qala bilərik. Amma azərbaycanlılarla müqayisədə, bizim hakimlər Çempionlar Liqasına layiqdilər.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı