Antalya hazırlığını davam etdirən “Neftçi”nin hücumçusu Bahadır Nəsimov klubun rəsmi saytına müsahibə verib:
- Zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qaldın. İndi özünü nə dərəcədə hazır hesab edirsən?
-Artıq bir müddətdir ki, komanda ilə birgə məşqlərdə iştirak edirəm. Hazırda səhhətimlə bağlı problem yoxdu. Mütəmadi şəkildə fiziki testlər verirəm və məşqlərdə var qüvvəmlə çalışıram ki, meydana yüz faiz hazır qayıdım.
- Yəqin ki, yoxlama oyunlarında meydanda səni də görəcəyik...
- Mən özümü buna hazır hesab edirəm. Bununla belə, bizim meydana çıxıb-çıxmayacağımıza məşqçilər qərar verir. Yoxlama oyunlarında meydanda olmaq istəyirəm.
- Avropa Liqası oyunlarını xatırlamaq istərdik. Sən də ehtiyat oyunçular skamyasında idin.
- Bunu mən də gözləmirdim. Komanda rəhbərliyi və məşqçilər korpusu ən çətin anlarımda belə mənim yanımda oldu. Avropa Liqasının qrup oyunlarında ehtiyat heyətə salınmağım mənə mənəvi cəhətdən hava-su kimi gərəkli idi. Mən Azərbaycanda tarix yazmış komandanın üzvü olduğuma görə fəxr edirəm.
- Hazırda Nikolas Kanales çempionatın bombardiridir. Sən isə ötən mövsüm ən sərrast hücumçu olmuşdun. İki bombardiri birlikdə meydanda görmək maraqlı olardı...
- İlk növbədə onu deyim ki, buna məşqçilər heyəti qərar verəcək. Əgər belə bir imkan olsa, sevinərəm. Kanales qol duyumu olan yaxşı futbolçu və gözəl insandır. Onunla eyni vaxtda meydanda faydalı ola bilərik. Məqsədimiz ardıcıl üçüncü dəfə ölkə çempionatının qalibi olmaq və kuboku qazanmaqdır. Bu hədəflərə çatmaq üçün əlimdən gələni etməyə hazıram.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı