"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasında yaranan fasilə zamanı yorğunluğunu çıxara bildinmi?
- Yaxşı istirahət elədik. Bundan sonra təlim-məşq toplanışı başlayır. Üç-dörd gün məşq etdikdən sonra hər şey qaydasına düşəcək. Amma ayağımda biz az ağrılar var ki, bu da məni narahat edir.
- Ağrılar ciddidir?
- Çox ciddi deyil. Son çempionat oyununda zədəm məni bir az narahat edirdi. Yaxın günlərdə İstanbula gedəcəyəm. Orada ayağıma iynə vurulmalıdır. Görək, həkimlər nə deyəcək.
- Gələk kapitanı olduğun “Qarabağ”a. Komandanıza hansı mövqeyə oyunçuların lazım olduğunu düşünürsən?
- Bilirsiniz ki, qış fasiləsindən sonra çempionatın oyunları daha ağır keçir. Ona görə də yaxşı futbolçulara ehtiyacımız var.
- O fikirlə razısanmı ki, çempion olmağınız üçün “Qarabağ”a əlavə hücumçu və pleymeyker transfer edilməlidir?
- Konkret mövqe haqda fikir bildirmək istəmirəm. Amma yarımmüdafiəçi və hucumçu olmalıdır.
- Bəs, müdafiəçi necə?
- Müdafiə xəttinə də futbolçuya ehtiyac var. Amma daha vacid olan ön xətt oyunçularıdır. Hər bir xəttə futbolçu alınmalıdır.
- Bu qış sənə hansısa klubdan real təklif oldumu?
- Türkiyə birinci liqasından təklif alsam da, qəbul etmədim.
- Dəvət hansı klubdan gəlmişdi?
- Ad çəkmək istəmirəm.
- Türkiyə birinci liqası niyə sənin marağını cəlb etmir?
- Əgər dəvət superliqa klubundan gəlsəydi, düşünmədən qəbul edərdim. İndiki halda isə “Qarabağ”da oynamaq istəyirəm.
- Azərbaycan çempionatını Türkiyə birinci liqasından üstün tutursan?
- Yox. Bu çempionatlar bərabər səviyyədədir. Bəlkə də meydançaların durumuna, azarkeşlərin stadiona çox gəlməsinə görə Türkiyə birinci liqası bizim çempionatdan üstündür. Sadəcə, orada olanda evdən, yaxınlarından uzaq düşürsən.
- Amma səndən fərqli olaraq, bizim millidə oynayan və oynamış bir çox futbolçumuz bu mövsüm Türkiyə birinci liqa klublarına keçdi. Səncə, bu, doğru addım idi?
- Müsbət haldır. Təklif varsa, gedib oynamalıdırlar. Orada ustalıq səviyyəsini artırmaq üçün şərait daha yaxşıdır.
- Böyükağa Hacıyev bugünlərdə verdiyi müsahibədə bir daha bəyan edib ki, onun “Neftçi”yə transfer etmək istədiyi birnömrəli futbolçu sənsən.
- Onun fikirlərinə hörmətlə yanaşıram. Böyükağa Hacıyev Azərbaycanda hörmət etdiyim 2-3 məşqçidən biridir. Onun rəhbərliyi altında oynamaq istərdim. Gələcəkdə bunun baş verəcəyini istisna etmirəm. Hazırda isə bütün fikrim “Qarabağ”a bağlıdır.
- Ağdam klubu ilə müqavilən nə zaman bitir?
- Gələn mövsümün sonu.
- Karyeranı “Neftçi”də başa vurmaq haqda fikrində indi də qalırsan?
- Bəli. Amma hazırda dəqiq deyə bilmərəm gələcəkdə nə olacaq. Hazırda “Qarabağ”a bağlılığım çoxdur. Böyük ehtimalla futbolçu karyeramı ya “Neftçi”də, ya da “Qarabağ”da başa vuracağam.
- “Qarabağ”a bağlılığında dostun Qurban Qurbanov amili nə dərəcədə rol oynayır? Yeri gəlmişkən, Böyükağa Hacıyev deyib ki, Qurbanla Rəşad bir-birinə ətlə dırnaq kimi bağlıdır, elə buna görə də onların arasına girmək istəmirəm.
- “Qarabağ”da qalmağımda təkcə Qurban Qurbanov amili rol oynamır. Bu klubun rəhbərliyi çətin vaxtlarımda mənə sahib çıxıb. Qurban Qurbanovun “Qarabağ”da olması isə bu komandaya bağlılığımı daha da artırır.
- 2013-cü ildən gözləntilərin nədir?
- Həm milli, həm də klub səviyyəsində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr göstərək. Milli komandamızın bir çox oyunu bu il evdə olacaq. Bundan istifadə etməliyik. Klub səviyyəsində isə avrokubokların qrup mərhələsinə düşməliyik.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı