Xəbər verdiyimiz kimi, Azərbaycan hakimləri yanvarın 15-dən 30-dən Türkiyənin Antalya vilayətində təlim-məşq toplanışında olacaqlar. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov səfər ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Budəfəki təlim-məşq toplanışında nə kimi yenilik olacaq?
- Yenilik ondan ibarətdir ki, FİFA-nın təlimçisi Valentin İvanov da yanvarın 15-dən 20-nə kimi hazırlıqda iştirak edəcək. Bizim bununla bağlı FİFA-ya müraciətimizə həmin qurumdan müsbət cavab verildi. Ümumiyyətlə, FİFA hakimlər üçün bu kimi uzunmüddətli hazırlıq prosesini alqışlayır.
- Hakimlərimizin Antalyada hansı komandaların oyunlarını idarə edəcəyi müəyyənləşib?
- Yox. Bu, hazırlıq prosesi zamanı bəlli olacaq. Bu dəfə çalışacağıq ki, kəmiyyətə yox, keyfiyyətə üstünlük verək. Yəni əvvəlki illərdə olduğu kimi, hakimlərimiz Türkiyənin birinci və ya ikinci liqa komandalarının oyunlarını idarə etməyəcəklər. Yüksək liqa komandalarının oyunlarına təyinat alacaqlar ki, səhvlərini tez üzə çıxara bilək. Bundan başqa, «Dinamo» (Kiyev), «Spartak» kimi komandaların əvəzedici heyətlərinin matçlarına gənc hakimlərimizi də göndərmək istəyirik. Çünki gəncləri Premyer Liqamızın oyunlarına hazırlayırıq.
- Ötən təlim-məşq toplanışında bəzi tanınmış hakimləri Antalyaya aparmamışdınız. Bu dəfə necə olacaq?
- Çempionatın birinci mərhələsinin oyunlarına təyinat alan hakimlərin hamısı Antalyada bizimlə olacaq.
- Bəs, hazırlıq prosesində özünü müsbət və mənfi tərəfdən göstərən hakimlərlə bağlı hansı addımı atacaqsınız?
- Təbii ki, təlim-məşqdə yaxşı mənada fərqlənən hakimlər bundan sonra da Premyer Liqanın oyunlarına təyinat alacaqlar. Ümumiyyətlə, bu hazırlıqda hakimlərimizdən mənfi bir şey gözləmirəm. Çünki toplanışdan qabaq Bayıl stadionunda hazırlıqda olublar. Hazırda onların fiziki hazırlıq baxımından problemləri yoxdur. Amma əlbəttə, müsbət mənada fərqlənə bilməyənlər aşağı divizionun oyunlarına göndəriləcəklər.
- İki il öncə ikinci «altılığ»ın oyununda qadın hakimlərimizi də görmüşdük. Bu çempionatda onlara təyinat verməyi düşünürsünüz?
- Premyer Liqamızın səviyyəsi durmadan inkişaf edir. Əvvəl belə bir fikrimiz var idi. Amma sonra düşündük ki, qızlarımız yüksək liqanın oyunlarında sürətə tab gətirə bilməyəcəklər. Ona görə də cari mövsümdə onlar yenə də əvəzedici heyətlərin oyunlarını idarə edəcəklər.
- Ötən çempionatlarda «altılığ»ın oyunları zaman hakimlərin adları matçların başlamasına bir neçə saat qalmış açıqlanırdı. Eyni zamanda hakimlər ayrıca oteldə qalırdı. Bu dəfə də eyni hal baş verəcək?
- Hələlik bu məsəsə gündəlikdə yoxdur. Amma çox güman ki, olacaq. Nə hakimlərin özlərin, nə də klubların matçın başlamasına bir neçə saata qədər təyinatdan xəbəri olur. Çünki bu, effekt verir. Ümumiyyətdə, maraqlıdır ki, «altılıq» oyunlarında hakimlərin səhvləri azalır. İnanıram ki, bu dəfə həmin səhvlər daha da azalacaq.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı