“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Klub rəhbərliyi komandanIn bu mövsüm sərgiləfiyi çıxışa necə qiymət verir?
- Əlbəttə, narazıyıq. Əgər komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıbsa, buna müsbət yanaşa bilmərik. Söhbət konkret nəticələrdən gedir. Lakin elə oyunlar oldu ki, komandamız bir çox iddialı klubla başabaş mübarizə apardı, əsl döyüşkənlik nümayiş etdirdi. Sadəcə, xal qazana bilmədik. Xüsusən son turlardakı qarşılaşmalarda mühüm xallar itirdik.
- Sözlərinizdən belə çıxır ki, yüksək pillələrdə olmalıydınız?
- Bəli. Nəticələr komandanın potensialına və göstərdiyi oyuna görə layiq deyildi. Bir az bəxtsizlik də işimizi çətinə saldı.
- Amma razılaşın ki, uğursuzluğunuzda tez-tez baş məşqçi dəyişikliyinə əl atmağınız az rol oynamadı.
- Təbii ki, bu da hardasa öz sözünü dedi. Bilirsiniz, bu cür məşqçi dəyişikliyinin əleyhinəyik. Kamal Alispahiç hələ yay aylarında mənə müntəzəm zəng edirək bildirirdi ki, daha çox təcrübə toplayıb. O deyir ki, komandanın oyunlarını izləyirəm və “Rəvan”ı ilk “altılığ”a çıxara bilərəm. Bizi tam inandırmaq üçün belə danışırdı. Biz də onu komandamıza dəvət etdik. Lakin son nəticələr göstərdi ki, dedikləri yalnız quru söz imiş.
- Mətbuatda Kamal Alispahiçlə bağlı ittihamlar səsləndirilirdi. Onun hətta dələduz olduğu da iddia edilirdi. Siz bu haqda nə düşünürsünüz?
- Mən onun haqqında çox söz demək istəmirəm. Ancaq bu adam öz uğursuzluğunu oyunçuların, köməkçilərinin üzərinə atırdı. Lakin fakt olaraq hər şey aydın görünürdü.
- Niyə Alispahiçin yerinə gənc Ramil Əliyevi təyin etdiniz? Daha təcrübəli məşqçilərə güvənmək olmazdı? Məsələn, hazırda Ağasəlim Mircavadov, Şahin Diniyev yerli məşqçilərimiz işsizdir.
- Ramil Əliyev xeyli vaxtır bizim klubda çalışır, komandaya yaxşı bələddir. Biz Ramilə özünü doğrultmaq üçün şans verdik. O, perspektivli məşqçidir. Söz verdi ki, yaxşı bir komanda yaratmaq üçün əlindən gələni edəcək.
- Alispahiç mətbuata açıqlamasında “Rəvan”la hələ 10 aylıq müqaviləsi olduğunu bildirmişdi. O, klubdan təzminat tələb edəcəyini, əks halda FİFA-ya şikayət edəcəyini deyib.
- Biz onunla hələ bu barədə danışmamışıq. Yəqin ki, gələn il yenidən bu məsələyə qayıdacağıq. Onunla söhbətimiz baş tutacaq. Çox güman ki, müqaviləni qarşılıqlı razılıq şəklində pozacağıq.
- Yeni baş məşqçi hansı futbolçuların xidmətində maraqlı olduğunu, hansı oyunçuları komandasında görmək istədiyini sizə açıqlayıb?
- Sözsüz ki, danışığımız olub. Ekrem Hodziç və Nemanya Vidakoviçlə yolları ayırmışıq. Əkrəm Hodziçlə qarşılıqlı razılaşma şəklində müqavilə pozuldu. Digər futbolçular da var ki, Ramil Əliyev onların xidmətində maraqlı deyil. Həmin oyunçuların komandayla müqavilələri var. Fasilədən sonra onlarla yenidən danışıq aparacağıq,.Əgər razılığa gəlsək, müqaviləni pozacağıq. Yox, razılaşmasaq ya həmin futbolçular əvəzedici heyətə göndəriləcək, ya da bu məsələni bir daha baş məşqçiylə müzakirə edəcəyik. Bundan başqa, baş məşqçi istədiyi mövqeləri gücləndirmək üçün bir neçə futbolçunun transferi nəzərdə tutulub. Bunlar xüsusən yerlilərdən ibarət olacaq. Ola bilsin ki, 1-2 nəfər də legioner oyunçu alındı.
- Bu mövsüm ilk “altılığ”a düşməyiniz mümkün olmadı. Bundan sonrakı məqsədiniz nədir?
- Yenə də maksimum nəticə göstərməyə çalışacağıq. Həmçinin də, növbəti mövsüm üçün hazırlıq nəzərdə tutulub. Çalışacağıq ki, növbəti mövsüm üçün döyüşkən, güclü bir komanda yaradaq.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?