Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Başa çatan 2012-ci ili Azərbaycan çempionatı üçün necə dəyərləndirirsiniz?
- Kim öz ayranına turş dəyər ki? Əgər bir çempionatda onuncu yerdə qərarlaşan komanda ilə lider arasında böyük xalq fərqi yoxdursa, deməli, yarışlar çox gərgin və maraqlı keçir. Bu gün birinci “altılığ”a onuncu yerdə gedən komanda da düşə bilər. Bu ilin son oyununa – “İnter” – “Neftçi” qarşılaşmasına yəqin ki, çoxları baxıb. Son vaxtlara qədər deyirdilər ki, azərbaycanlı futbolçular cəmi 60-70 dəqiqə oynaya bilir. Amma hər iki komanda son üç gündə iki ağır oyun keçirdi, doxsan dəqiqə mübarizə apardı.
- Yeri gəlmişkən, 60-70 dəqiqə oynamaqla bağlı fikri millinin baş məşqçisi Berti Foqts tez-tez səsləndirir.
- Mən mətbuatda yazılanlardan danışıram. Son matçın necə səviyyəli olduğunu gördünüz. Hətta “İnter”in oyunçusu Nizami Hacıyevin meneceri Polşadan mənə zəng vuraraq dedi ki, Azərbaycan çempionatının bu cür yüksək səviyyədə olduğunu təsəvvür edə bilməzdim.
- Yeri gəlmişkən, bu çempionatın əvvəlki yarışlarla müqayisədə daha güclü olması fikrinə münasibətiniz necədir?
- Doğrudan da, hazırkı çempionat əvvəlkilərdən fərqlənir. Daha öncə də çempionat gərgin keçirdi. İndi gərginlik bir qədər də artıb. Bu mövsümdə çempion Premyer Liqanın son iki-üç turunda da, son saniyəsində də bəlli ola bilər. Bu il “Neftçi”nin Avroliqanın qrupunda oynaması bütün klublarda bir həfəs, prinsipiallıq yaratdı. Biz isə öz tərəfimizdən bundan sonra da çalışacağıq ki, ədalətli çempionat olsun.
- Hakimliyin səviyyəsi haqda nə deyərdiniz?
- Mən AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova təşəkkür edirəm ki, hakimliyin səviyyəsinin artırılması istiqamətində ciddi işlər görürlər. Həqiqətən də AFFA rəhbərliyindəki dəyişiklikdən sonra hakimliyin durumu günğəgün yaxşıya doğru deyişir. İldə iki dəfə onlar üçün xarici ölkələrdə təlim-məşq toplanışı keçirilir, məxtəlif kurslar və seminarlar təşkil olunur.
- Amma bu günlərdə çempionatın oyunlarına xarici hakimlərin cəlb edilməsi məsələsi yenidən gündəmə gətirilib. Konkret olaraq, AFFA-da klub rəhbərləri ilə keçirilən görüşdə belə bir fikirlərin səsləndiyi bildirilir.
- Bunu o adamlar danışırlar ki, daha hakimləri ələ ala bilmirlər. Bu gün tutduqları vəzifələri itirmək təhlükəsi qarşısında qalan adamlar belə təşəbbüs göstərirlər. O görüşdə həmin adamlara Elxan Məmmədov tutarlı cavab verdi.
- Konkret bu təklifi kim irəli sürüb? Mətbuatda “İnter”, “Simurq” və “Xəzər Lənkəran”ın adı çəkilir.
- Mən ad çəkmək istəmirəm. Amma onu deyə bilərəm ki, ilk “altılıq”da oynayan dörd klubun rəhbərliyi əcnəbi hakim məsələsini qaldırdı. Mənə maraqlıdır, əgər hakimlərimiz pisdirsə, necə olur ki, həmin klublar birinci “altılıq”da qərarlaşıblar? Bir daha deyirəm, onlara Elxan Məmmədov yaxşı cavab verdi.
- Gələn ildən Premyer Liqanın təsnifat mərhələsinin dekabr ayında başa vurulması da təklif olunub. Bununla bağlı nə deyə bilərsiniz?
- Çempionat başlamazdan öncə bizə millinin baş məşqçisinin proqramı verilir. Bundan sonra Premyer Liqanın təqvimi müəyyənləşir. Biz də istərdik ki, dekabrda hər iki “altılıq” bəlli olsun. Bəzi klublar onu da dedi ki, ilk “altılığ”a düşə bilmiriksə, qışda nəyə görə yeni futbolçu alaq? Məncə, bu, doğru yanaşma deyil. Belə çıxır ki, həmin komandalar futbolu cəmi bir çempionat üçün oynayırlar?
- Həmin görüşdə Gəncə və Tovuz stadionunun süni örtüklə dəyişdirilməsi haqda təklif irəli sürülüb. Bu isə narazılıqla qarşılanıb.
- Söhbət əsas yox, köməkçi meydançalardan gedir. Qəbələdə bu yaxınlarda hava şəraiti səbəbindən əsas meydança normal vəziyyətdə olmadığı üçün oyun süni örtüklü stadionda keçirildi. Gəncə və Tovuzda da süni meydançalar yaradılsa, daha problem yaşanmayacaq.
- Sonda. Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsi İntizam Komitəsinin “Simurq”un qapıçısı David Pietrzkiyeviç barədə qərarı qismən dəyişdirib. Onunla bağlı dörd oyunluq cəza iki oyuna endirilib. Azərbaycan hakimini təhqir edən futbolçu barədə qərarın ləğvini necə qarşıladınız? Nəzərə alaq ki, qardaş Türkiyədə hakimlərin təhqir edilməsinə çox sərt yanaşılır, bizdə isə əksi oldu.
- Bu sualı həmin iclasda iştirak edənlərə versəniz, daha yaxşı olar.
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?