AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- AZAL-ın bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?
- Mən hər zaman deyirəm ki, bu günə də çox şükür. Bu mövsüm üçün ən böyük məqsədimiz ilk “altılıq”da yer almaqdır. Bunun üçün şansımız qalıb. İnanıram ki, istəyimizə nail olacağıq. Üstünlüyümüz odur ki, əla komanda yarada bilmişik. Düzdü, bizdə də problem ola bilər. Bu gün həmin çatışmazlıqları ardan qaldırmaq üçün yolları arayırıq.
- Hazırda turnir cədvəlinin yeddinci pilləsində qərarlaşmızınız. Sizcə, AZAL layiq olduğu yerdədir?
- Əgər xal itgiləriz olmasaydı, indi AZAL daha yuxarı pillələrdə qərarlaşardı. İstənilən halda, çalışmalıyıq ki, yuxarı pilləyə yüksələk.
- Amma ilk “altılığ”a düşmək üçün AZAL-la yanaşı – daha iki komanda “Xəzər Lənkəran” və “Bakı” da ciddi mübarizə aparır.
- Əgər ümid varsa, deməli, hər şey var. Yəni ümidsiz yaşamaq mümkün deyil. Ən vacibi odur ki, bu gün mən komandaya və rəhbərliyə inanıram. Komandamızda vəhdət var. Belə olan halda vəziyyətdən çıxış yolunu tezlıilə tapacağıq. Qış fasiləsindən sonra AZAL qələbələri sıralamaqla ilk “altılıq”da öz yerini tutacaq.
- Qış fasiləsində hansı mövqeləri gücləndirmək fikriniz var?
- Biz bəzi futbolçularımızla transfer pəncərəsini gözləmədən vidalaşdıq. Bu gün komandaya güc qatmaq lazımdır. Bu 4-5 ayda böşluqları, bəzi problemləri gördük. Transfer zamanında çalışacağıq ki, bu boşluqları aradan qaldıraq.
Mən istərdim ki, hər bir mövqeni gücləndirək. Bu gün bizim müdafiə və yarımmüdafiəmizin daha da güclənməsinə böyük ehtiyac var. Hesab edirəm ki, çox böyük bir transferlər olmayacaq. Ən azı 3-4 futbolçunun transferini nəzərdə tutmuşuq. İstərdim ki, bu siyahıda yerli futbolçular da yer alsınlar. Bunun alınıb-alınmayacağını zaman göstərəcək.
- Komandanızın aparıcı futbolçularından olan Nildonun AZAL-ı tərk edəcəyi barədə söhbətlər yaranıb. Onun “Neftçi” və “Qarabağ”a keçəcəyi bildirilir.
- Nildonu çox komanda heyətində görmək istəyə bilər. Lakin onun AZAl-la hələ 2 il müqaviləsi var. Hansısa klubun maraq dairəsindədirsə, klub rəhbərliyimizlə danışıqlara başlamalıdır. Ondan sonra nəsə demək olar. Lakin hazırda Nildo AZAL-ın futbolçusudur.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?